Dünya

Rusiyada piyadalara bıçaqla hücum: İŞİD məsuliyyəti boynuna götürdü - YENİLƏNİB - FOTO

19 Avqust 2017 19:04
2 Şərh     Baxış: 2 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:04

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Surqut şəhərində törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Milli.Az bildirir ki, İŞİD-in "Amaq" informasiya agentliyi bununla bağlı bəyanat yayıb.

Rusiyanın Surqut şəhərində şəhər sakinlərinə bıçaqla hücum etmiş şəxs Bobiçel Abdurahmonovdur. Əslən Orta Asiyadan olan bu şəxs qeyri-adekvat davranışı ilə fərqlənsə də, tibbi uçotda olmayıb.

Bu gün Surqutun mərkəzindəki Bajov küçəsində insanlara bıçaqla hücum edən B.Abdurahmonov 7 nəfəri yaralayıb. 4 yaralının vəziyyəti ağırdır.

13:16

Rusiyanın Surqut şəhərində əlində bıçaq olan şəxs piyadalara hücum edib.

Milli.Az "Russian Today"a istinadla xəbər verir ki, hücum nəticəsində 8 nəfər yaralanıb.

8 nəfəri bıçaqlayan şəxs polislər tərəfindən öldürülüb. Yaralananların vəziyyəti ağır deyil.

Hücum Rusiya vaxtı ilə 11:20-də baş verib.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Surqutda teroristin saxlaniılması

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.