Dünya

Tbilisidə nazir diplomatarla görüşdü

27 Dekabr 2014 20:42
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən işgüzar görüşdə Gürcüstan - Ukrayna münasibətləri və regional təhlükəsizlik məsələləri şənbə günü müzakirə edilib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Tamar Beruçaşvili və onun müavinləri, təhlükəsizlik və böhranların idarə olunması üzrə Şurasının katibi David Sucaşvili və Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba iştirak ediblər.

Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba Ukraynada baş verən hadisələr barədə hökumət başçısına məlumat verib.

Görüş zamanı həmçinin İrakli Qaribaşvilinin planlaşdırılan Ukraynaya və digər hökumət səfərləri barədə də söhbət gedib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.