Dünya

Avropa Azərbaycanlıları Konqresi yeni strategiya hazırlayıb - FOTO

1 İyun 2017 17:12
0 Şərh     Baxış: 1 074

Avropa Azərbaycanlıları Konqresinin (AAK) yeni rəhbərliyinin Avropa Birliyinin paytaxtı Brüsseldə toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, toplantıda AAK prezidenti Sahil Qasımov, Konqresin vitse-prezidentləri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Rusiyada fəaliyyət göstərən hüquqşünas, iş adamı Samir Məmmədov, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yaşar Niftəliyev iştirak ediblər.

Tədbirə qatıla bilməyən 1-ci viste-prezident Füzuli Məmmədov, vitse-prezidentlər - Eldar Əfəndiyev, Səfər Sadiqi təkliflərini yazılı olaraq AAK rəhbərliyinin Brüssel toplantısına təqdim ediblər.

Toplantının gündəliyində Konqresin yol xəritəsinin müzakirəsi, qurumun yeni dönəm strategiyasının müəyyənləşdirilməsi və 2017-19-cu illər üçün fəaliyyət proqramının hazırlanması olub.

İclasda AAK-ın baş ofisinin Brüsselə köçürülməsi, təşkilatın sosial şəbəkələrdə aktivliyinin təmin edilməsi, Avropa institutlarında və BMT-nin Avropa ofisində akkreditə olunması kimi məsələlər geniş müzakirə olunub.

AAK-ın Brüssel toplantısında Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa Birliyindəki fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, səfirliyin müşaviri Elçin Bəşirov iştirak edib. Görüşə Avropada fəaliyyət göstərən media nümayəndələrinin təmsilçiləri də dəvət olunub.

Xatırladaq ki, bu il fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində AAK-ın IV qurultayı keçirilib və təşkilata yeni prezident, vitse-prezidentlər seçilib. 2004-cü ildə Berlində təsis edilmiş AAK-da Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı birləşir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.