Peterburq metrosunu qana boyayan Əkbərcan Cəlilovun FOTOsu yayıldı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:46
Rusiya İstintaq Komitəsi dünən Sankt-Peterburqda metroda partlayışın qırğız əsilli Rusiya vətəndaşı Əkbərcan Cəlilov tərəfindən törədildiyini təsdiqləyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
S. Petrenko deyib ki, ekspertlər "Ploşşad Vosstaniya" metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada A. Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora A. Cəlilov tərəfindən qoyulub.
Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti əməliyyat-axtarış tədbirləri çərçivəsində Ə. Cəlilovun qohumlarının dindirildiyini açıqlayıb.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.
Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb.
----------
11:37
Dünən Sankt-Peterburq şəhərində metroda partlayış törədən şəxsin kimliyi bəlli olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs Qırğızıstan əsilli, Rusiya vətəndaşı Əkbərcan Cəlilovdur.

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi məlumatı təsdiqləyib. Qurumun bəyanatında qeyd edilib ki, Cəlilov 1995-ci ildə Oş şəhərində doğulub.
---------
10:11
Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır.
İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.
Bundan əvvəl isə təhlükəsizlik kamerasına düşən iki şübhəlinin görüntüsü yayılıb. Birinci şübhəlinin görüntülərində qırmızı gödəkçə geyinən eynəkli gəncin belində çanta ilə gəzməsi əks olunub.

İkinci şübhəli isə uzun saqqalı olan orta yaşlı kişidir. Lakin o, özü polis məntəqəsinə gələrək hadisə ilə əlaqəsinin olmadığını söyləyib.

Qeyd edək ki, dünən onun təhlükəsizlik kamerasına düşən görüntüsü "Ren TV"də "Sankt-Peterburqu qana bulayan terrorçunun fotosu" başlığı ilə yayılıb.
Teraktla bağlı araşdırma davam edir:
Milli.Az hadisə ilə bağlı dəhşətli görüntüləri təqdim edir:
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi





