Dünya

Rus biznesmenin 1 milyonluq rüşvət iddiası müxalifətçiyə baha başa gəldi

26 Fevral 2017 15:26
0 Şərh     Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstanda müxalif "Ata Meken" Partiyasının tərəfdarları paytaxt Bişkekdə Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında aksiya keçirirlər. 

APA-nın "Sputnik Kırqızstan" agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları partiyanın həbs edilən lideri Omurbek Tekebayevin azadlığa buraxılmasını tələb edirlər.
 
Qırğızıstan Baş Prokurorluğu O. Tekebayevi bu gün Bişkek aeroportunda saxlayıb. Partiya sədri rusiyalı biznesmen Leonid Mayevskinin ifadəsinə əsasən, dələduzluq və korrupsiyada günahlandırılır. Rusiyalı biznesmen Qırğızıstanda mobil şəbəkə operatorunun yaradılması ilə bağlı O. Tekebayev baş nazirin müavini olduğu dövrdə 1 milyon dollar rüşvət verdiyini bildirib.
 
Mitinqə Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva da gəlib. R. Otunbayeva O. Tekebayevin ölkənin müstəqilliyində və demokratiyanın inkişafında böyük rol oynadığını, hakimiyyətin müxalif lideri ev həbsinə buraxacağına ümid etdiyini söyləyib.
 
"Ata Meken" Partiyasının parlamentdəki fraksiyası parlamentin növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün 40 deputatın imzası lazımdır . 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.