20:46
Özbəkistanda prezidenti seçkilərində seçicilərin iştirakı yerli vaxtla 20.00-a 87,83 faiz təşkil edib.
Trend Özbəkistanın MSK-na istinadən xəbər verir ki, ümumilikdə seçkilərdə 17,94 milyon seçici səs verib.
Özbəkistan 20 milyon 428,89 min vətəndaşın adı seçici siyahılarına daxil edilib.
Seçkilərin ilkin nəticələri dekabrın 5-də elan ediləcək.
---------
19:25
Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.
Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər, yəni 86,62 faizi səs verib.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.
----------
10:34
Özbəkistanda prezident seçkilərində saat 11:00-dək seçicilərin 33,73 faizi səs verib.
Trend-in MSK-nın elektron monitorinqinə istinadən verdiyi məlumata görə, Özbəkistanın qanunvericiliyinə əsasən, əgər seçicilərin 33 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.
Saat 6:00-da öz işinə başlayan seçki məntəqələri 20:00-da bağlanacaq.
Səsvermə prosesi davam edir.
----------
09:03
Özbəkistanda bu gün yerli vaxtla saat 6:00-da prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 9383 seçki məntəqəsi faliyyət göstərir.
Milli.Az Trend-ə istinadən bildirir ki, seçki məntəqələri saat 20.00-da bağlanacaq.
Seçkilərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizliyi təmin edəcəklər.
Milli.Az