ABŞ-dan olan alimlər Bermud üçbucağı fenomeninin (ona Şeytan üçbucağı da deyilir) Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi 500 kilometrə yaxın ərazi - izahını tapmağa müvəffəq olublar.
Milli.Az modern.az-a istinadən bildirir ki, Kolorado Universitetindən olan meteoroloq Stiv Millerin sözlərinə görə, okeanın öldürücü qüvvəsi həmin ərazidə hava anomaliyaları səbəbindən yarana bilər.
Yeni araşdırma göstərib ki, Bermud üçbucağı üzərində altıbucaqlı buludlar var. Onlar sputnik çəkilişlərindən görünür, oradakı hava şəraiti isə sirr olaraq qalır. Ola bilsin ki, qeyri-adi bulud havanın kiçik çırpıntıları nəticəsində əmələ gəlir. Alimlər onların fəaliyyətini bomba zərbəsi ilə müqayisə edirlər.
Anomal buludlara görə güclü sürətlə əsən külək əmələ gəlir. Onlar okeanın səthini vururlar və 40 metrə qədər hündürlükdə dalğalar yaranır ki, istənilən gəmini alt-üst edərək batırmağa qadirdir.
Bundan başqa, buludlar təyyarələr üçün ölümcül təhlükə kəsb edən güclü burulğan yaradır.
Axının gücü onları okeana atmağa yetərli olur.
Alimlər qeyd edirlər ki, adətən, buludlar düz həndəsi fiqurlardır və birbaşa xətt əmələ gətirmirlər. Görünür ki, Bermud üçbucağı istisna təşkil edir. İndi meteroroloqlar belə anomaliyanın əmələ gəlməsinə məhz nəyin səbəb olduğunu aydınlaşdırmaq niyyətindədilər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: