Dünya

Daha qadınlara siqaret satmayacaqlar

24 Oktyabr 2016 19:46
5 Şərh     Baxış: 2 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən şənbə günündən etibarən Türkmənistanın dövlət mağazalarında qadınlara siqaret satışının qadağan olduğu barədə elanlar peyda olub.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, saatlarla növbə gözləyən qadınların əksəriyyəti bunu kassaya yaxınlaşandan sonra satıcılardan öyrənirlər. Satıcılar isə elanın "yuxarının tapşırığı" olduğunu bildirirlər. Aydın olan bir odur ki, belə bir qərar rəsmən verilə bilməz, çünki Türkmənistanda cinsi ayrı-seçkilik qanunla yasaqdır.

Bəzi ekspertlər belə qərara səbəb kimi bəzi qadınların mağazalardan siqaretin qutusunu 19-20 manata alaraq, sonradan 2-3 qat baha qiymətə satmasını göstərirlər.

Lakin qadınlar hələ də özəl ticarət obyektlərində siqaret ala bilirlər, lakin burada siqaretin 1 qutusunun qiyməti 40-60 manata çatır. Ölkədə ciddi siqaret çatışmazlığı hiss olunur.

Virtualaz.org xatırladır ki, Türkmənistanda "qara bazar"da 1 ABŞ dolları 5-6 manata satılır, rəsmi məzənnə isə 3 manatdan bir qədər artıqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.