Azərbaycanlı alim Yaponiyada xüsusi mükafata layiq görüldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi "Texnoloji İnkişaf Mükafatı"na layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildiriblər ki, mükafat Cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında həmyerlimizə təqdim edilib.

Konfransda əvəllcə Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib.
JLCS-nin prezidenti Hiroşi Şimizu bildirib ki, Xəlil Kələntər apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır.

Bundan əlavə, X.Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı olan X.Kələntər dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.
LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu "Society for Information Display" (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür.

X.Kələntər hazırda "Global Optical Solutions" şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Bundan əlavə, soydaşımız "Journal of SID" elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür.
Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində üç kitabın müəllifi, altı kitabın isə həmmüəllifidir. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınır. Həmin sahədə apardığı geniş tədqiqatlara görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.
H.Şimizu əlavə edib ki, X.Kələntər həmin uğurlarına görə Cəmiyyətin xüsusi "Texnoloji İnkişaf Mükafatı"na layiq görülüb. Mükafat və müşayiətedici sənəd həmyerlimizə təqdim olunub.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər
-
Bakıda “Prius”la toqquşan BYD aşdı - (Video)
-
Albalı mürəbbəsini qatılaşdırmağın 4 yolu
-
Günün qoroskopu: Daxili gücünüzə və intuisiyanıza güvənin
-
Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (Foto)
-
Rusiya PUA-larla Kiyevə hücum edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb
-
Aleksandr Plüşenko Azərbaycanı təmsil edəcək - rəsmi
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)





