Dünya

Avropalılar "Dəmir Arni"ni ələ saldılar

25 Aprel 2011 09:26
Baxış: 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, Avropa Parlamentinin nümayəndələri məşhur kinoaktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsneggerin Avropa Birliyinin prezidenti postuna seçilmək iddiasına çox mənfi yanaşıblar.

Belçikanın sabiq baş naziri, Avropa parlamentindəki liberalların lideri Gi Verhofstadtın dediyinə görə, Şvartsneggerin istəyindən xəbər tutanda xeyli gülüb: "Bütün bunlar Avropadakı işlərin nə yerdə olmasından amerikalıların tam bixəbər qaldıqlarını göstərir".

Avstriyalı avroparlamentar, sosial-demokrat Yorq Lyayxfrid isə Kaliforniyanın sabiq qubernatorunun Avropa Birliyinə prezidentlik etmək ambisiyalarını təhqiramiz sayıb. "Vəssəlam, artıq 1 aprel deyil", -  Lyayxfrid bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.