Rejissor Stiven Şiunun çəkdiyi və 3,5 milyon dollara başa gəlmiş film Honkonqda nümayişin ilk 4 günündə 1,7 milyon dollar toplayıb. Bu isə "Avatar"ın premyerası günlərində əldə edilmiş məbləğdən artıqdır.
"Avatar"dan fərqli olaraq, Şiunun filmi prokatın 3-cü kateqoriyasına daxil edilib. Yəni bu filmə yalnız yaşı 18-dən yuxarı olanlar baxa bilir.
Filmə satılan biletin qiyməti 15 dollara çatsa da, Honkonqdakı kinoteatrlar ağzınadək doludur.
Film XVI əsr müəllifi Li Yuyun "Vücud əyləncələri üçün ibadət xalçası" erotik romanı əsasında çəkilib. Əsərin baş qəhrəmanı "özünü tapmaq istəyən" və buna görə də arvadını boşayan şəhvətkar gəncdir.
Filmdə əsas rolları Saori Hara və Hiro Haayana oynayıblar.
Milli.Az


