Dünya

ABŞ: İran Suriyaya nümayişlərin yatırılmasında kömək edir

15 Aprel 2011 12:16
Baxış: 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ANS PRESS-in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Mark Toner deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların bu barədə məlumatları etibarlıdır. Diplomat İranın Suriyaya məhz hansı formada yardım etdiyini açıqlamayıb. O, rəsmi Tehranı başqa ölkələrin işlərinə qarışmaqdan çəkinməyə çağırıb.

Mark Toner bildirib ki, əgər Suriya hakimiyyəti İrana kömək üçün müraciət edirsə, islahatlar barədə ciddi şəkildə danışa bilməz. Çünki İranın özünün insan haqlarının təmin edilməsi ilə bağlı problemləri var.

Qeyd edək ki, ABŞ Suriya hakiimyyətinin dinc nümayişləri yatırmasını pisləyib. Vaşinqton rəsmi Dəməşqi öz xalqının qanuni tələblərinə qulaq asmağa çağırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.