Dünya

9 yaşlı qız "ölüm mələkləri" ilə yatır-durur, oynayır - FOTO

13 Aprel 2011 13:23
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kral kobrası" dünyanın ən zəhərli, qəddar və təhlükəli ilanlarından biri sayılır. Bu kobra özü kimi ilanları, xüsusilə də kobraları yeməklə, habelə çaldığı insanı dərhal öldürməklə tanınır. Üstəlik, bütün kobralardan fərqli olaraq, kral kobrası heç bir səbəb olmadan insana hücum edir və aqressivliyi ilə seçilir.
Amma Hindistandakı insanların "ölüm mələyi" adlandırdıqları bu ilanı ram edən də var.

Milli.Az xəbər portalı "Asia Online"a istinadən bildirir ki, Hindistanın Uttar Pradeş ştatındakı Qatampur kəndində yaşayan 9 yaşlı Kajol Xanın ən səmimi, sadiq və yaxın dostları məhz iki kral kobrasıdır.
Balaca Kajol "dost"larını boynuna salıb kəndin tozlu küçələrini dolaşanda camaat pərən-pərən düşür.

"Onlar çox mehribandırlar, əsl dostlarımdır. Onlarla vaxtımı şən keçirirəm. Hərdən dişləyirlər. Dişləyəndə bərk ağrıdır. Amma günah məndə olur, çünki onları cırnadanda hirslənirlər", - Kajol deyir.

Atası və babası ilan ovsunçuları olan balaca Kajolun məharətinə Hindistanın ən məşhur "ilan rəqqas"ları da mat qalıblar. Onların dediklərinə görə, həddən ziyadə aqressiv olan kral kobraları ilə belə davranan insanı indiyədək görməyiblər.

Kajolun atası, 55 yaşlı Tac Məhəmməd 10 yaşından bəri ilan tutmaq və "ovsun"lamaqla məşğuldur. O, ustalığını 28 yaşlı oğlu Qulaba öyrədib.
"Qızımın belə heyrətamiz ustalığa malik olacağını ağlıma belə, gətirə bilməzdim. Amma belə davam etsə, qızımın ailə qurması çətin iş olacaq. Axı bütün günü ilanlarla yatıb-duran qızı kim alar?!", - ata deyib.

Balaca Kajolu isə kənd məktəbindən qovublar. Sən demə, o, dərslərdən birinə çantasında ilanlarını aparıbmış.

Milli.Az









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.