Dünya

Xərçəng xəstəliyinin dərmanı siqaretdir?

12 Aprel 2011 21:15
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "France-Presse"ə istinadən bildirir ki, İndoneziyanın paytaxtı Cakartada yerləşən "Griya Balur" klinikası xərçəng xəstəsi olan müştərilərinə siqaret tüstüsü vasitəsilə müalicə təklif edir.

Klinikada müalicə proseduru qismində "Tanrı siqaretləri"nin (divine cigarettes) tüstüsünü sinəyə çəfkmək təklif olunur. Klinikada çalışanların dediklərinə görə, nanotexnologiyalardan istifadə edilmək şərtilə hazırlanmış bu siqaretlərin tüstüsü orqanizmi "civə və azad radikallardan təmizləyir".

Klinikada bu metod vasitəsilə xərçəng xəstəlikləri ilə yanaşı autizm, ağciyər emfizeması da müalicə olunur, hətta qocalma prosesi ləngidilir.

Klinikanın banisi Qreta Zahar Pacacaran Universitetində kimya sahəsində elmi dərəcə alıb.
O, "inqilabi metodikası" ilə bağlı elmi məqalələrinin dərc edilməməsinin pul qıtlığı və "Qərb təbabəti tərəfdarlarının müqaviməti" ilə izah edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.