Dünya

Sudan İsraili nədə suçlayır?

6 Aprel 2011 22:22
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Sudan İsraili ölkənin şərqində Qırmızı Dəniz sahilində avtomobilə havadan hücum etməkdə günahlandırıb.

Xarici işlər naziri Əli Əhməd Karti bu gün Sudan hökumətinin hücumun İsrail tərəfindən həyata keçirildiyinə əmin olduğunu bildirib. Hücum zamanı Port Sudan aeroportu yaxınlığında iki nəfər həlak olub.

Rəsmilər hava hücumu barədə müxtəlif şərhlər veriblər. Polis hadisədə raketdən istifadə olunduğunu, dövlət rəsmisi isə hadisənin xarici təyyarə tərəfindən atılmış bomba nəticəsində törədildiyini bildiriblər.

Avtomobilin içərisində olan iki nəfərin şəxsiyyəti məlum deyil. İsrail xarici işlər nazirinin ittihamını cavablandırmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.