Ay Yerə maksimal məsafəyə yaxınlaşacaq. Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, martın 19-da baş tututacaq yaxınlaşmada Ay Yerə 1992-ci ildən bəri ən yaxın məsafədə olacaq. Həmin gün planetimizlə Ay arasındakı məsafə 356,5 min kilometr olacaq.
Alimlərin dediklərinə görə, 19 ildən bəri gözlənilən bu hadisə təbii fəlakətlərdən xəbər verir. Ayın Yerə yaxınlaşması ciddi iqlim dəyişiklikləri, zəlzələlər və vulkanik fəallığa rəvac verə bilər. Əvvəlki dönəmlərdə Yerlə Ay arasındakı məsafənin maksimal azalması 1955, 1974, 1992-ci illərdə olmuşdu.
Məsələn, 1974-cü ildə Treysi tsiklonu Avstraliyanın Darvin şəhərini alt-üst etmişdi.
Bəs sabah Ay Yerə yaxınlıaşdıqda nə baş verəcək?
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev Milli.Az xəbər portalına bildirdi ki, sabah Ay Yerə 20 kilometr məsafədə yaxınlaşacaq. Rəsədxana direktorunun sözlərinə görə, bu zaman heç bir təbii fəlakət, zəlzələ, vulkanik proses baş verməyəcək: "Ay 29 gün Yer ətrfında hərəkət edir ki, bu da normaldır. Dünyada ayrı-aryı vaxtlarda nəsə hadisə baş veribsə, buna Ay neyləsin?".
Ayın Yerə yaxınlaşması kimlərə təsir edəcək?
Astroloq Firudin Qurbansoy da sabah baş verəcək yaxınlaşmada elə bir təhlükə görmür. Astroloq Millli.Az xəbər portalına bildirdi ki, Günəş öz işini görür, Yer də Günəş ətrafında fırlanmaqda davam edir. Onun sözlərinə görə, Ayın Yerə yaxınlaşmasını söyləmək düzgün deyil. Çünki Ayın Yerə yaxın olması üçün öz trayektoriyasını dəyişməməlidir: "Bu, mümkün olmayan deyil. Sabah təhlükəli hadisənin baş verməsi ilə bağlı dünya mediasında yayılan həyəcanlı xəbərlər həqiqqə yaxın deyil. Sadəcə Günəşdə olan partlayışların miqdarı artacaq. Onun təsiri Yerə çatacaq dərəcədə güclü olacaq. Bu zaman maqnit dalğalarının ampilitudu artacaq. İnsanlar, xüsusən də ürək-damar xəstəlikləri olanlara pis təsir edə bilər. Bunun da yolu var, adi suyu qurtum-qurtum içirsən, dualar oxuyursan keçib gedir".
F.Qurbansoy inandırır ki, dünyanın axırı deyil və yer kürəsində ciddi hadisə baş verməyəcək: "Belə məlumatları yayan alimlər insanlarda qorxu hissləri, köləlik kompleksləri aşılamağı aktivləşdirirlər. Çünki qorxan insanları idarə etmək asandır".
Anar Məmmədov
Milli.Az
Dünya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ay Yerə maksimal məsafəyə yaxınlaşır: nə baş verəcək?
18 Mart 2011 15:05
Baxış: 6 976

DİGƏR XƏBƏRLƏR
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Ermənistan Fransaya hərbi attaşe təyin etdi
-
Rusiyada Azərbaycanla bağlı daha bir araşdırma başlandı - VİDEO
-
İstanbulda iki qrup arasında qarşıdurma – Yaralananlar var
-
Ukrayna səfərbərlik müddəti uzadıldı
XƏBƏR LENTİ
-
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
-
"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"
-
Bakıda yanğın oldu - VİDEO
-
Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI