Dünya

İclasda baş nazir üçün qandal gətirildi

16 Fevral 2016 13:58
0 Şərh     Baxış: 1 036
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna baş naziri Arseni Yatsenyuk Ali Radada Kabinetin fəaliyyəti barədə hesabatla çıxış edəcək. Bundan sonra deputatlar hökumətin işinin qənaətbəxş olub-olmaması barədə qiymətləndirmə aparmalı olacaqlar. Hətta hökumətin istefaya göndəriləcəyi də istisna edilmir.

Aznews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna "Müxalifət blokunun" deputatı Vadim Rabinoviç Ali Radanın iclasına Arseni Yatsenyuk üçün qandalla gəlib. 

"Mən özümlə Yatsenyuk üçün lazımi olan atributu (qandal) götürmüşəm. Mən hesab edirəm ki, bu, hökumətin qiymətləndirilməsidir. Bu, mənim qiymətləndirməmdir. İnanın ki, bu qiymətləndirməyə milyonlarla ukraynalı qoşulur", - deyə Rabinoviç bildirib. 

Deputat qandalı Ukrayna baş nazirinə onun hökuməti barədə hesabatından dərhal sonra taxmaq lazım olduğunu dilə gətirib: "Məsələ bu hökuməti istefaya göndərməkdə deyil. İstefaya göndərəcəyik, o isə (Yatsenyuku nəzərdə tutur - red.) oğurladıqları ilə birgə qaçacaq. Zalda Yatsenyuka bunu taxmalıyıq - bu, düzgün addım və düzgün qiymətləndirmə olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.