Dünya

Misirdə ölənlərin sayı 50-ni ötdü - YENİLƏNİB

29 Yanvar 2011 14:07
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirdə hökumət əleyhinə nümayişlər keçirən kütlə ilə polis arasındakı toqquşmalarda 50-dən artıq insanın həlak olduğu açıqlanıb. "Əl-Cəzirə" telekanalı xəbər verir ki, Qahirə ilə yanaşı, İskəndəriyyə və Süveyş şəhərlərində də insan tələfatı var. Paytaxtda ən azı 16 nəfərin, İskəndəriyyədə isə 20-dən artıq nümayişçinin həlak olduğu bildirilir.

------------
13:12

Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə minlərlə nümayişçi Qahirənin mərkəzinə toplaşıb. Onlar prezidentin istefasını tələb edir. "Get! Get!" şüarları səsləndirən kütlə ilə polis arasında toqquşma başlayıb. Şahidlər asayiş keşikçilərinin nümayişçilərə atəş açdığını bildirir. Hələ ki bunun rezin güllə olub-olmadığı bilinmir.
Xatırladaq ki, Misirdə bir neçə gündür hakimiyyət əleyhinə keçirilən nümayişlərdə 20-dən artıq insan həlak olub.

Milli.Az

Misirdən son görüntülər - VİDEO - FOTO

Misirdə "qəzəb" günü: hökumət istefaya göndərildi - YENİLƏNİR-VİDEO-FOTO

Misirdə nümayişçini belə öldürdülər - VİDEO

Misir müxalifətinin məşhur lideri həbs edildi - VİDEO


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.