Misirdə ölənlərin sayı 50-ni ötdü - YENİLƏNİB
29 Yanvar 2011 14:07
Misirdə hökumət əleyhinə nümayişlər keçirən kütlə ilə polis arasındakı
toqquşmalarda 50-dən artıq insanın həlak olduğu açıqlanıb. "Əl-Cəzirə"
telekanalı xəbər verir ki, Qahirə ilə yanaşı, İskəndəriyyə və Süveyş
şəhərlərində də insan tələfatı var. Paytaxtda ən azı 16 nəfərin, İskəndəriyyədə isə 20-dən artıq nümayişçinin həlak olduğu
bildirilir.
------------
13:12
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə minlərlə nümayişçi Qahirənin mərkəzinə toplaşıb. Onlar prezidentin istefasını tələb edir. "Get! Get!" şüarları səsləndirən kütlə ilə polis arasında toqquşma başlayıb. Şahidlər asayiş keşikçilərinin nümayişçilərə atəş açdığını bildirir. Hələ ki bunun rezin güllə olub-olmadığı bilinmir.
Xatırladaq ki, Misirdə bir neçə gündür hakimiyyət əleyhinə keçirilən nümayişlərdə 20-dən artıq insan həlak olub.
Milli.Az
Misirdən son görüntülər - VİDEO - FOTO
Misirdə "qəzəb" günü: hökumət istefaya göndərildi - YENİLƏNİR-VİDEO-FOTO
Misirdə nümayişçini belə öldürdülər - VİDEO
Misir müxalifətinin məşhur lideri həbs edildi - VİDEO