Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin "Milli Gazeta" qəzetində qondarma erməni soyqırımı ilə bağlı "Gerçəkdən qaçdılar" adlı bir araşdırma yazısı yayımlanıb. Timuçin Mercanoğlu imzalı yazıda Osmanlı İmperiyasının 4 Avropa ölkəsinə yolladığı müraciət və onlardan aldığı rədd cavablarından bəhs edilir. Yazıda qeyd olunur ki, hələ 1919-cu ildə Osmanlı İmperiyası 1915-ci ildə ermənilərin köçürülməsi məsələsi ilə bağlı komissiyanın qurulması üçün Hollandiya, İsveç, Danimarka və İspaniyaya dəvət məktubları göndərib. Bu dörd ölkənin hər birindən iki hüquqçunun komissiyada təmsil olunması təklif edilir. Erməni köçünün obyektiv bir şəkildə araşdırılması üçün adıçəkilən dövlətlərə göndərilən dəvət məktubların da belə yazılıb: "Erməni köçü zamanı sui-istifadə hallarına yol verən məmurları ortaya çıxartmaq üçün qurulacaq təhqiqat komissiyasında iştirak üçün sizdən iki hüquqçu göndərməyinizi xahiş edirik". Ancaq həmin dörd dövlət öz səfirlikləri vasitəsilə sözügedən komissiyaya təmsilçilərini göndərməyəcəklərini bildiriblər. "Milli Gazeta" qəzetinin əldə etdiyi tarixi sənədlərdə Hollandiya, İsveç, Danimarka və İspaniyanın sözügedən dəvətə "belə bir komissiyada iştirak ölkəmizin mənfəətlərinə uyğun deyil və bunu lüzumsuz görürük..." cavab verdiyi ortaya çıxıb. Sizə həmin dörd dövlətin erməni köçünün araşdırılması məqsədilə qurulacaq komissiyaya dəvətə verdikləri cavabları təqdim edirik.
İspaniya
17 mart 1919-cu ildə İspaniya Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:
"İspaniya Krallıq Ortaelçiliyi İspaniya Krallıq Hökumətinin yüksək dəyərləndirdiyi bu incə dəvətə görə Osmanlı Hökumətinə təşəkkür etdiyini və hazırda təhqiqat komissiyasına iki ispan hüquqçunun təyin edəcək vəziyyətdə olmadığını bildirdiyinə dair rəsmi bir sənəd alındığını Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır".
Hollandiya
17 mart 1919-cu ildə Hollandiya Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:
"Hollandiya Krallıq Ortaelçiliyi bu ayın 15-də göndərilən 14406/13 saylı Osmanlı Hariciye Nəzarətinin şifahi notasına cavab olaraq, Krallıq Hökumətinin Hollandiya mənfəətləri ilə birbaşa bağlı olmayan mövzulara dair bir təhqiqatda iştirakını yersiz olaraq dəyərləndirdiyini Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır".
Danimarka
17 aprel 1919-cu ildə Danimarka Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:
"Danimarka Krallıq Ortaelçiliyi, mövcud şərtlərdə Krallıq Hökumətinin mənfəətləri ilə birbaşa bağlı olmayan mövzularda bir təhqiqat komissiyasına nümayəndə heyəti göndərməyə məcbur olmadığı düşüncəsini Krallıq Xarici İşlər Nazirliyinin əmri ilə sizə bildirməkdən şərəf duymaqdadır".
İsveç
19 aprel 1919-cu ildə İsveç Krallığı Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:
"İsveç Krallığı Ortaelçiliyi, Krallıq Hökumətinin sözügedən komissiyada İsveç hüquqçularının təmsil olunması tələbinin yerinə yetirilməyəcəyinə dair İsveç Krallıq Nəzarətindən 11 aprel tarixində teleqram aldığını Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır".
DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





