Moskva çətin seçim qarşısında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində çox maraqlı bir nüansla üzləşib. Kreml Birinci Dünya Müharibəsi illərində yaşanan iki hadisənin qeyd olunması tədbirlərinə qatılmaq problemini yaşayır. Söhbət qondarma soyqırımının 100 illiyi ilə bağlı Yerevanda keçiriləcək tədbirdən və Rusiyanın orada hansı tərkiblə iştirakından gedir. Eyni gündə isə Türkiyə də məşhur Çanakkala döyüşünün 100 illiyi ilə bağlı tədbir keçirəcək. Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi qələmə verən Rusiya nəşrləri bu məsələyə geniş yer ayırıblar.Kreml aprelin 24-də Türkiyə və Ermənistana kimlərin getməsini həssaslıqla müəyyənləşdirməlidir
"Nəzərə alsaq ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur, Türkiyə isə Moskvanın Avrasiya məkanında başlıca tərəfdaşıdır, onda Kreml Türkiyədə alternativ olaraq keçirilən tədbirdə iştirak etməlidir", - qeyd edən "Kommersant" yazır ki, Rusiya prezidenti Vladimir Putinin Yerevana təşrif buyuracağı barədə xəbərlər ötən ayın ortalarında yayılıb. "Rusiya Federasiyası türkiyəli tərəfdaşlarımızın Çanakkala döyüşü ilə bağlı anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq", - deyə jurnalistlərə V.Putinin mətbuat katibi Dmitri Peskov deyib. Putinin qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsi üçün Ermənistana gedəcəyi ilə bağlı suala Peskov belə cavab verib: "Məsələ əvvəlki kimi nəzərdən keçirilir, biz müvafiq qərarı elan edəcəyik".
Qeyd edək ki, Ermənistan XİN başçısı Edvard Nalbandyan da Moskvada deyib ki, Rusiya prezidenti qondarma "soyqırım"la bağlı təşkil olunan tədbirlərə qatılacaq. "Yerevanda Putini gözləyirlər. Yaxın günlərdə bu səfər baş tutacaq", - deyə Nalbandyan vurğulayıb. Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin də bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbirlərinə qatılmaq üçün Ermənistana gedəcək. Onun sözlərinə görə, səfər aprelin 22-də başlayacaq və 24-dək davam edəcək. Səfər proqramında Dumanın bir neçə deputatı da iştirak edəcək. Spiker xatırladıb ki, Dövlət Duması "erməni soyqırımı" ilə bağlı müvafiq sənəd qəbul etməyi də planlaşdırır.
Maraqlıdır ki, son günlərə qədər Kreml Putinin məlum tədbirdə iştirakı barədə konkret heç nə demirdi. D.Peskov dünən yenidən Moskvanın Yerevanda keçiriləcək tədbirlərdə iştirakı ilə bağlı yeni bir intriqanın yaranmasına səbəb olan açıqlama verib. Onun sözlərinə görə, Moskva Çanakkalada aprelin 24-də keçiriləcək tədbirlərdə yüksək səviyyədə təmsil olunacaq. Peskov həmin rəsminin adını açıqlamaq istəməyib. Lakin "Kommersant" qəzeti öz mənbələrindən əldə etdiyi xəbərdə göstərib ki, bu şəxs Dövlət Dumasının spikeri Sergey Narışkin olacaq.
Xatırladaq ki, Çanakkala savaşı bir il davam edən Dardanell əməliyyatının kulminasiya nöqtəsi olub. Həmin döyüş Rusiya, İngiltərə və Fransanın daxil olduğu Antanta ittifaqının məğlubiyyəti ilə nəticələnib. Nəticədə onlar qoşunlarını Türkiyə ərazisindən çıxarmağa məcbur oldular. Üstündən 100 il keçsə də, Türkiyə ilə Ermənistan arasında mübahisə səngimək bilmir. Ermənistan o zaman soydaşlarının separatçı əməlləri üzündən məruz qaldıqları hadisələrə görə Türkiyəni ittiham edir. Türkiyə isə bu məsələnin tarixçilərin ixtiyarına verilməsini və birgə tarix komissiyası yaradılmasını irəli sürür. Şübhəsiz ki, Ermənistanın burada məqsədi heç də qondarma soyqırımının tanınması deyil. Bu, sırf siyasi məsələdir. Ermənistan saxta soyqırımlarını tanıtdırmaqla Türkiyədən təzminat almaq və ardınca da ərazi iddialarını ortaya atmaq istəyir. Türkiyə də bunu çox gözəl anlayır, bu iddialara qarşı mübarizə aparır.
Yeri gəlmişkən, qondarma soyqırımının 100 illiyinə ciddi şəkildə hazırlaşan ermənilər Yerevan tədbirinə dünyanın əksər liderlərini dəvət etmək niyyətindədirlər. Yüksək vəzifəli şəxslərdən Fransa prezidenti Fransua Olland və ABŞ-ın vitse-prezident Co Baydenin gələcəyi gözlənilir. Türkiyə isə həmin hadisənin rezonansını aşağı salmaq üçün Çanakkalada tədbir düzənləmək qərarını verib. Məlumat üçün bildirək ki, Türkiyə indiyə qədər Çanakkala döyüşünün ildönümünü beynəlxalq miqyasda qeyd etməyib.
Ekspertləri indi ən çox Rusiyanın hər iki tədbirdə hansı formada iştirakı maraqlandırır. "Moskva çox mürəkkəb bir duruma düşüb. Hər iki tədbirə prezident öz komandasından kimisə göndərsə, yaxşı olardı. Yəni birinci şəxssiz", - deyə Karnegi Fondunun Moskva Mərkəzinin rəhbəri Aleksey Malaşenko vurğulayıb. Ermənipərst politoloqlar isə əks fikirdədirlər. Məsələn, politoloq Boris Tumanov hesab edir ki, Putin Yerevana getməsə, bu, iki ölkə arasında status-kvonun pozulmasına səbəb ola bilər. Dərhal da qeyd edir ki, Putinin Yerevana gəlməməsi onsuz da Gümrü hadisələrindən sonra pisləşən Rusiya-Ermənistan münasibətlərinə xələl gətirə bilər: "Eləcə də Rusiyanın Azərbaycana silah satması da erməniləri özündən çıxarıb". Ekspertlərin qənatəincə, Rusiya balanslaşdırılmış siyasət yeritməlidir. Bir tərəfdən, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü Moskva qarşısında müəyyən öhdəliklər qoyub. Digər tərəfdən isə Türkiyə ilə münasibətlər böyük önəm kəsb edir.
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
XƏBƏR LENTİ
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)





