Rusiya İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində çox maraqlı bir nüansla üzləşib. Kreml Birinci Dünya Müharibəsi illərində yaşanan iki hadisənin qeyd olunması tədbirlərinə qatılmaq problemini yaşayır. Söhbət qondarma soyqırımının 100 illiyi ilə bağlı Yerevanda keçiriləcək tədbirdən və Rusiyanın orada hansı tərkiblə iştirakından gedir. Eyni gündə isə Türkiyə də məşhur Çanakkala döyüşünün 100 illiyi ilə bağlı tədbir keçirəcək. Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi qələmə verən Rusiya nəşrləri bu məsələyə geniş yer ayırıblar.Kreml aprelin 24-də Türkiyə və Ermənistana kimlərin getməsini həssaslıqla müəyyənləşdirməlidir