QRU generalı Petrovski Malayziya “Boeing”ini necə vurdu...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) generalı ötən ilin iyul ayında Ukraynanın Donetsk vilayəti üzərində Malayziyanın "Malaysian Airlines" hava yolları şirkətinə məxsus "Boeing-767" sərnişin təyyarəsinin vurulmasında dair təhqiqatda fiqurantdır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Niderlandda nəşr edilən "NRC Handelsblad" qəzeti Mayayziya təyyarəsinin vurulmasına dair cinayət işinin təhqiqatını aparan ölkə prokurorluğuna istinadən yazıb. İİlk dəfədir ki, 300-ə yaxın adamın həyatına son qoyan bu dəhşətli faciəyə dair təhqiqatda konkret fiqurant meydana çıxır, özü də Rusiya kəşfiyyatının yüksək rütbəli zabiti qismində.
Qəzet yazır ki, QRU zabitinin adının fiqurant kimi bu işdə yer alması MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsinin vurulmasını araşdıran Niderland prokurorluğunun Rusiyanın bu hadisədə iştirakını araşdırdığını təsdiqləyən ilk faktdır.
Martın 30-da təyyarənin vurulmasını araşdıran beynəlxalq təhqiqat qrupu "Boeing"un vurulmasında istifadə edilən "Buk" zenit-raket kompleksinin Rusiyadan Ukraynanın Donetsk vilayətinə daşınmasını və təyyarənin vurulmasından sonra geriyə qaytarılmasından bəhs edən videosüjeti yayıb. Bu videosüjetdə Donetsk separatçıları arasında qeydə alınmış telefon danışıqları da yer alır.
Ukraynanın Təhlükəsizlik Xidməti telefon danışıqlarının iştirakçılarından birini identifikasiya edib. "NRC Handelsblad" yazır ki, bu, Sergey Nikolayeviç Petrovskidir. "Xmurıy" ("qaşqabaqlı", "qaraqabaq" mənasını verir). Petrovski general-mayor rütbəsində 2014-cü ilin yazında QRU-dan formal olaraq istefa verib və Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən QRU polkovniki İqor Strelkovun qruplaşmasına qoşulub.
MH17 reysi ilə uçan təyyarə vurulanda Petrovski Donetskdə Strelkovun müavini və separatçıların kəşfiyyat rəisi olub. Telefon danışığında həmsöhbəti onu "Nikolayeviç" adlandırır. Beynəlxalq təhqiqat qrupu həmsöhbətin təhlükəsizliyini təmin etmək üçün telefon danışığında bu müraciəti pozub. Qəzet yazır ki, Petrovski "Buk" kompleksinin Donetskə daşınmasını təşkil edən əsas fiqurdur. Niderlandın baş ədliyyə zabiti Fred Vesterbeke televiziya ilə çıxışında bildirib ki, telefon danışıqları "autentikdir" və "başdan ayağa yoxlanılıb".
"Malaysia Airlines" şirkətinə məxsus "Boeing" təyyarəsi 2014-cü il iyulun 17-də Donetskin Qrabovo kəndi yaxınlığında vurulub. Ekspertlər təyyarənin "Buk" raketi ilə vurulduğunu təxmin edirlər. Təyyarənin yerdən buraxılan raketlə vurulduğunu "qara qutu"dakı məlumatların da təsdiqlədiyi bildirilir. Rusiya bu təyyarənin vurulmasında hər hansı rolunu inkar edib. Separatçılar isə təyyarənin vurulduğu "Buk" kompleksinə malik olmadıqlarını deyirlər.
Lakin beynəlxalq təhqiqat qrupunun yaydığı videomaterialdan görünür ki, "Buk" komplekis Rusiyadan Ukraynaya "Volvo" markalı qoşqu maşını ilə aparılıb. Təhqiqatçılar həmin maşını tapa biliblər-məlum olub ki, "Volvo" Donetskdəki müəssisələrdən birindən qanunsuz olaraq zəbt edilib. Şirkət nəqliyyat vasitəsinin oğurlandığını beynəlxalq təhqiqat qrupuna təsdiqləyib. Separatçılar arasında telefon danışıqlarına əsasən "Buk" kompleksi sərhəd-keçid məntəqəsində separatçılara təhvil verilib, daha sonra Donetskə, oradan isə Makeyevkadan keçməklə Snejnoe qəsəbəsinə aparılıb. İyulun 17-də "Buk" qoşqu maşınından düşürülüb və "Boeing"in vurulmasına az qalmış kompleks öz mühərriki ilə hərəkətə başlayıb. Növbəti telefon danışıqlarına əsasən separatçılar "Buk"u gizlətməyə çalışırlar və kompleksin Rusiyaya tərəf hərəkətini təsdiqləyən videokadrlar var. Təhqiqat qrupu "Buk"un yenidən "Volvo"ya yükləndiyini və iyulun 18-də Ukrayna ərazisini tərk edərək Rusiya sərhədini keçdiyini müəyyən edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





