Bir qisas hekayəsi: ata İŞİD-ə divan tutdu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oğlunu İŞİD terrorçuları güllələmiş ata balasının qisasını alıb. O, İŞİD-in dayaq məntəqələrindən birinə sızaraq orada qarşısına çıxan hər terrorçunu güllələyib.
Oğul qisası alan ata bu minvalla İŞİD-in 7 terrorçusunu cəhənnəmə vasil edib.
Milli.Az Al Mayadeen-ə istinadən bildirir ki, olay İraqın Tikrit şəhərində baş verib.
İraqın sabiq və mərhum prezidenti Səddam Hüseynin hakimiyyəti illərində orduda xidmət etmiş, snayper olmuş və mayor rütbəsinədək yüksəlmiş Məhəmməd Əhməd Ramazan "Səhra aslanı" kimi tanınırdı. O, çox sərrast və usta snayperdi.
İraq ABŞ qoşunları tərəfindən işğal ediləndən sonra 63 yaşlı "Səhra aslanı" sevimli "Remington" tüfəngini yağlı kağıza bükərək şəhərdən kənarda, qumsallıqda basdırmışdı. O, bir daha əlinə silah almayacağına and içmişdi.
Və o gündən bəri Məhəmməd Əhməd Ramazan dinc həyat sürürdü.
Ta ki, İŞİD onun yaşadığı şəhəri, Tikriti ələ keçirənədək.
Tikritə hakim olan terrorçular burada öz qanlı "qanun"larını bərqərar ediblər.
Məhəmməd Əhməd Ramazanın yeganə oğlu, 18 yaşlı Əhməd Bəsil Ramazan İraq ordusunda xidmət edirdi.
İŞİD hücumlarından birində Məhəmmədi və onun 7 yoldaşını əsir almışdı.
8 iraqlı hərbçi iki həftə əvvəl edam olunub.
Oğlunun edam xəbərini alan ata övladının qanını yerdə qoymamaq qərarına gəlib.
Şəhər kənarına yollanan "Səhra aslanı" illər əvvəl qazıb torpağa basdırdığı tüfəngini çıxarıb və Tikritə qayıdıb.
Bir saat sonra isə İŞİD-in Tikritdə keçirilən komanda-qərargah toplantısına qatılmış komandirlərindən 7 nəfəri güllələnib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“AzParking” tətbiqdə məlumatların silinməsi iddialarını təkzib edib
-
“Barselona” 1,5 milyon avroya hücumçu transfer etdi
-
Bakıda "Qazel"lə motosiklet toqquşdu: 18 yaşlı gənc öldü
-
Rusiyada güclü zəlzələ oldu
-
"Rza baba": “Sünnət etdirdim”
-
Hava şəraiti kəskin dəyişdi - Kəlbəcər və Gədəbəyə dolu yağdı
-
Bakıda dəyişkən iş qrafiki: yolda keçən vaxt nə qədər azalacaq?
-
"Fənərbağça" ingiltərəli hücumçuya görə 100 milyon ödəyəcək
-
Ermənistanda zəlzələ: Naxçıvanda hiss olundu
-
Kərə yağı, şokolad və salfetlər bahalaşdı
-
Beren Saatla Kənan Doğulu da saxlanıldı - FOTO
-
Xalq artisti oğluna toy edəcək - FOTO
-
Enis Arıkan və daha 22 nəfər saxlanıldı
-
Bakı–Qəbələ qatarında dəyişiklik: Ucarda da dayanacaq
-
Yaxın aylarda Bakıda iş saatları dəyişəcək
-
SSRİ Xalq artisti dünyasını dəyişdi - FOTO
-
11 iyun üçün rəsmi valyuta kursları məlum oldu
-
Nişanında qınanan Pünhan Piriyev bu dəfə rəqsini dəyişdi - VİDEO
-
“Qara qızıl” bahalaşdı
-
Bu gün Bakı və Salyanın bəzi ərazilərində işıqlar kəsiləcək
-
Zakir Həsənov Pakistana başsağlığı verib
-
Roberto Karlos: “Messi DÇ-2030-da da oynaya bilər”
-
9 ildən sonra seriala çəkiləcək
-
Yamalın anasının etirafı onu məyus etdi





