Dünya

Andrey Kobyakov Belarusun baş naziri təyin edildi

27 Dekabr 2014 18:42
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Belarus prezidenti Aleksandr Lukaşenko Mixail Myasnikoviçi baş nazir vəzifəsindən azad edib.

APA-nın Belarus prezidentinin saytına istinadən xəbərinə görə, digər sərəncamla Prezident Administrasiyasının rəhbəri Andrey Kobyakov baş nazir vəzifəsinə təyin edilib.

Prezident Administrasiyasına bundan sonra Vitebsk vilayəti İcraiyyə Komitəsinin sədri Aleksandr Kosinets rəhbərlik edəcək. Onun müavinləri iqtisadiyyat naziri Nikolay Snopkov və Belarus Gənclər İttifaqının birinci katibi İqor Buzovski olacaq.

Baş nazirin birinci müavini vəzifəsinə Vasili Matyuşevski, müavinləri vəzifəsinə Vladimir Semaşko Natalya Koçanova təyinat alıblar.

Bundan başqa, A.Lukaşenko Mixail Juravkovu təhsil naziri, Sergey Nalivaykonu vergilər naziri, Vitali Vovkanı sənaye naziri, Vladimir Zinovskini iqtisadiyyat naziri, Andrey Qayevi Dövlət Əmlak Komitəsinin sədri təyin edib.

Qeyd edək ki, Belarusun yeni baş naziri Andrey Vladimiroviç Kobyakov 21 noyabr 1960-cı ildə Moskvada anadan olub. Belarus hökumətində və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Rusiyadakı səfiri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.