Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2014-cü ilin dəhşətli faciələri - kütləvi insan tələfatları - SİYAHI
26 Dekabr 2014 13:59
0 Şərh
Baxış: 3 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Geridə qoymağa hazırlaşdığımız 2014-cü il bir çox faciələrlə yadda qaldı. Yer kürəsinin müxtəlif nöqtələrində baş verən nəqliyyat qəzaları, təbii fəlakətlər minlərlə insanın həyatına son qoydu.
Milli.Az modern.az-a istinadən 2014-cü ilin kütləvi insan tələfatı ilə nəticələnən faciələrini təqdim edir.
Hind okeanında təyyarənin yox olması - 239 ölü
2014-cü il martın 8-də Malayziya paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə reys edən Boeing 777-200 təyyarəsi Hind okeanı üzərində sirli şəkildə yoxa çıxdı. Sonradan naməlum şəxslərin təyyarənin rabitə sistemini söndürdüyü və kursunu xeyli dəyişən təyyarənin daha 7 saat havada olduğu müəyyənləşib. "Boeing"in qalıqları bir neçə aylıq intensiv axtarışdan sonra aşkar olunmasa da, onun Hind okeanı hövzəsində qəzaya uğradığı ehtimal olunur.
"Malaysia Airlines" şirkətinə məxsus təyyarənin göyərtəsində 14 ölkənin vətəndaşı olan 227 sərnişin və 12 heyət üzvü olub.
Cənubi Koreyada gəminin batması - 303 ölü
2014-cü il aprelin 16-da Cənubi Koreyanın İnçxon limanından dəniz səyahətinə çıxan "Sevol" gəmisi dənizdə dönmə əməliyyatını düzgün icra edə bilmədiyi üçün qəza vəziyyətinə düşmüşdü. Gəmi heyəti isə sərnişinlərə otaqları tərk etməmələri ilə bağlı səhv göstəriş vermişdi. Nəticədə gəmi batan zaman əsasən tələbə və şagirdlərdən ibarət sərnişinlər xilas ola bilməmişdilər. Ümumilikdə, göyərtəsində 476 sərnişin olan "Sevol" gəmisində baş verən faciə 295 nəfərin ölümünə, 8 nəfərin isə itkin düşməsinə səbəb oldu. Gəminin 15 nəfərdən ibarət şəxsi heyəti isə yol verdkiləri səhvlərə görə 5 ildən 36 ilə qədər həbs cəzası aldılar.
Əfqanıstanda torpaq sürüşməsi - 2100 ölü
2014-cü il mayın 2-də Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində aramsız yağışların səbəb olduğu torpaq sürüşməsi baş verdi. 300-dən artıq evin, 700-dən artıq ailənin torpaq altında qaldığı hadisə qeyri-rəsmi məlumatlara görə 2100 nəfərin ölümünə səbəb olub.
Türkiyədə mədən qəzası - 301 ölü
2014-cü il mayın 13-də Türkiyənin Soma şəhərində yerləşən mədəndə 301 nəfərin həyatına son qoyan faciə baş verib. Yerin altında baş verən qısaqapanma mədənin enerji blokunun zədələnməsinə və yanğına səbəb olur. Mədəni bürüyən tüstü işçilərin əksəriyyətinin zəhərlənməsilə nəticələnib. Qəza ilə bağlı mədəni idarə edən şirkətin 25 mütəxəssisi həbs olunub. Onlardan 3-ü "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə ittiham olunurlar.
Rusiyada vertolyot qəzası - 17 ölü
2014-cü il mayın 31-də isə Rusiyanın Murmansk vilayətində Mİ-8AMT vertolyotu qəzaya uğrayıb. Munozera gölünə düşən vertotlotda 17 nəfər, o cümlədən Murmansk vilayət qubernatorunun müavini Sergey Skomoroxov, vilayətin ekologiya naziri Aleksey Smirnov həlak olublar. Hadisə zamanı vertolyotun ekipajının 2 üzvü sağ qala bilib.
Ukraynada sərnişin təyyarəsinin havada vurulması - 298 ölü
2014-cü il iylun 17-də Donetsk vilayətinin Qrabovo kəndi yaxınlığında Amsterdamdan Kuala-Lumpur şəhərinə uçan "Boeing 777" sərnişin təyyarəsi qəzaya uğrayıb. Beynəlxalq araşdırma qrupu təyyarənin havada vurulduğunu müəyyən edib. Ukrayna və Şərqi Ukrayna separatçıları hadisəyə görə məsuliyyəti bir-birlərinin üzərinə atırdı. "Malaysia Airlines"a məxsus təyyarənin vurulması nəticəsində 193-ü Hollandiya vətəndaşı olmaqla 298 nəfər həlak oldu.
Afrikada təyyarə qəzası - 116 ölü
2014-cü il iyulun 24-də "Air Algerie" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nigerin Niamey şəhərində qəzaya uğrayıb. Əlcəzair şəhərindən Malinin paytaxtı Bamako şəhərinə səfər edən təyyarədə 50-si fransız vətəndaş olmaqla 100 nəfər sərnişin və 6 heyət üzvü var idi. Qəza zamanı onların hamısı həlak olub.
Nepalda qar uçqunu - 91 ölü
2014-cü il oktyabrın 15-də Nepalda baş verən qar uçqunu alpinistlərin ölümünə səbəb olub. Himalay dağlarında yerləşən Annapurna massivində baş verən faciə zamanı 168 nəfər qar uçqununa düşüb. Onlardan 77 nəfər xilas olunsa da, 91 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Onların arasında İsrail, Polşa, Kanada və Hindistan vətəndaşları üstünlük təşkil edib. Bu hadisədə azərbaycanlı alpinist Murad Aşurlu da həlak olub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar