Çe Gevaranın qızı: "Fidel atamla danışır" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABŞ və Kuba arasında münasibətlərin istiləşməsi ölkəmizin kapitalist sisteminə qayıdışı demək deyil. Əgər ABŞ düşünürsə ki, belə dəyişikliklər Kubanı geriyə, kapitalizmə qaytaracaq və kubalılar yenə ABŞ-ın ən güclü maliyyə qruplarının maraqlarına xidmət edəcəklər - amerikalılar, sadəcə, xəyalpərəstlərdir".
Kubanın rəhbəri Raul Kastronun qızı, ölkənin əfsanəvi lideri Fidel Kastronun qardaşı qızı Mariela Kastro belə deyib.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Mariela Kastro eyni zamanda Vaşinqtonun Havanaya qarşı tətbiq etdiyi sanksiyaları bir qədər zəiflətmək niyyətini təqdir edib.
Onun dediyinə görə, sanksiyaların zəifləməsi blokada nəticəsində çətinliklərin yaşandığı səhiyyə, təhsil, idman, elmi və bədii layihələri inkişaf etdirməyə imkan verəcək.
Çe Gevarının ikinci arvadından olan 4 övladı arasında ən böyüyü Adelaida Gevara isə bildirib ki, Kubadakı rejimin dayaqları zəifləyib.
"88 yaşlı Fidel Kastro hələ də atamı unutmayıb və unutmaq niyyətində deyil. Atamın Boliviya meşələrində qətlə yetirilməsindən 50 il keçsə də, "Komandante" hələ də Çeni düşünür. Fidellə danışanda bəzən gülümsəyirəm. Çünki o, atamdan bəhs edəndə elə danışır ki, sanki atam sağdır, yanındadır. Bir dəfə ona səhv etməsi barədə ehmalca işarə vuranda Fidelin cavabı qısa oldu: "Bil ki, atan indi burada, yanımızdadır". Fidel mənə dəfələrlə deyib ki, atamı ölü saymır. O, atamı tez-tez yuxuda gördüyünü də söyləyib".
Fidel Kastro xeyli vaxtdır görünmür.
O, ikinci arvadı və 5 övladı ilə birlikdə Dalya Soto del Valyedəki ikimərtəbəli, 1950-ci ildə tikilmiş malikanəsində yaşayır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

















DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





