Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda raket partladı, ölənlər var
18 Dekabr 2014 12:08
Baxış: 2 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın Kirmanşah əyalətinin Sərpol Zəhab şəhərində İran-İraq müharibəsi dövründən qalmış raket partlayıb, bir ailənin üç üzvü həlak olub.
Bu barədə Trend İran parlamentinin rəsmi xəbər saytı icana.ir-ə istinadən məlumat verir.
Sərpol Zəhab şəhərindən olan deputat, Parlamentin təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fəthullah Hüseyni partlayış nəticəsində ana və iki gənc oğlunun həlak olduğunu bildirib: "Hadisə evin həyətində müharibə dövründən qalmış raketin partlaması nəticəsində baş verib. Həyətdə partlamamış digər bir raket də aşkar olunub".
F.Hüseyni qeyd edib ki, baş vermiş hadisə ilə bağlı müdafiə və daxili işlər nazirləri hesabat vermək üçün parlamentə çağırılmalı, deputatların suallarına cavab verməlidirlər: "Hələ 2012-ci ildə Sərpol Zəhab şəhərində ərazilərin minalardan tamamilə təmizləndiyi elan edilib. Buna baxmayaraq, təəssüf ki, hələ də belə hadisələrin şahidi oluruq. Mən hər iki nazirliyə məktub ünvanlamışam, onların bu cür hadisələrə görə məsuliyyət daşıdıqlarını və cavab verməli olduqlarını xatırlatmışam".
Qeyd edək ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.
İranda minalanmış ərazilər əsasən İlam (1 milyon 700 min hektar), Xuzestan (1 milyon 380 min ha), Kirmanşah (691 min ha), Qərbi Azərbaycan (59 min ha) və Kürdistan (1480 ha) əyalətlərindədir. Müharibədən sonra 16 milyon minanın bu ərazilərdə qaldığı ehtimal olunurdu. Son illərdə İranda ərazilərin minalardan təmizlənməsi sahəsində böyük işlər görülüb, lakin müharibədən 25 ildən çox bir vaxt keçməsinə baxmayaraq, hələ də bir çox şəhərlərdə minalar insan ölümünə səbəb olur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - “Fənərbağça” matçında ilk qol - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"