Hz.Məhəmmədin evini dağıdırlar, Məkkəni dəyişirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İraq və Şam İslam Dövləti", "Boko Haram", "Əl Qaidə", "Taliban", "Cəbhət əl Nüsrə", "Xorasan" və digərlərinin səyləri əslində İslamın dediklərinə qarşı çıxaraq deyilməyənləri həqiqət kimi qələmə verməkdir.
Onlar İslamın yaşıl bayrağını qara rəngli bayraqlarla əvəzləyirlər və bu, əslində həmin islamçıların niyyətlərinin rəngi də sayıla bilər.
İslam adı ilə pərdələnən, saqqallarını uzadıb simalarını bu tüklərin arasında gizlədən və o saqqalların altından deyilən sözlərlə minlərlə savadsızı, təcrübəsizi yoldan çıxaranların vəhşiliyi islamofobiyanı gücləndirir, İslama qarşı aqressiyanın artması da radikalların sayını çoxaldır.
Qapalı dairə alınır. Çox çarxların tərsinə çevrilməyə başladığı indiki dövrdə müsəlman dövlətlərindən həssaslıq istənilir.
Əks təqdirdə anlaşılmazlıqlar və problemlər yaranır.
Britaniyanın tanınmış yazarlarından olan Endryu Conson The İndependent qəzetindəki yazısında da belə problemlərdən birindən bəhs edib.
"Məkkədə Hz.Məhəmmədin doğulduğu hesab olunan ev bu yaxınlarda mərmərlər altında qalacaq və orada nəhəng kral sarayı tikiləcək. Tikinti işləri milyardlarla dollarlıq nəhəng layihə çərçivəsində aparılır. Həmin layihə bütün dünya müsəlmanları üçün müqəddəs şəhər olan Məkkədə indiyədək yüzlərlə tarixi abidə və binanın yerlə yeksan edilməsinə səbəb olub", - Conson yazıb.
Bir neçə il əvvəl başlanmış layihənin məqsədi Məscid əl Həramı böyütmək, bu minvalla hər il Məkkəyə həccə yollanan zəvvarların təminatını yaxşılaşdırmaqdır.
Vaşinqtondakı Fars Körfəzi Problemləri İnstitutunun (Gulf Institute) hazırladığı hesabatda bildirilir ki, Məkkədə həyata keçirilən layihə çərçivəsində dəbdəbəli otellər, apartamentlər və ticarət mərkəzlərinin inşası üçün şəhərdəki tarixi binaların 95 faizi sökülüb.
Osmanlı Türkiyəsi dönəmindən qalan, 500 il yaşı olan və peyğəmbərin meracı şərəfinə tikilən sütunlar ötən həftə dağıdılıb.
Britaniyadakı İslam İrsinin Tədqiqatları Fondunun (Islamic Heritage Research Foundation) eksperti, nüfuzlu alim, doktor İrfan Ələvinin dediyinə görə, Hz.Məhəmmədin 570-ci ildə anadan olduğu "Mövlud evi" də bu ilin sonunadək darmadağın edilə bilər.
"Məkkədə yeni kral sarayı Səudiyyə Ərəbistanının dövlət başçısı, kral Abdulla üçün tikilir. Krall Məkkəyə gedəndə bu sarayda qalacaq. "Mövlud evi" isə bu yaxınlarda zəvvarlar üçün qapalı elan olunub", - İrfan Ələvi deyir.
Səudiyyə Ərəbistanında çoxları Məkkədəki layihəni bəyənmir, pisləyirlər. Amma onlar hakimiyyətin qəzəbindən çəkinərək səslərini ucaltmırlar.
Üstəlik, Səudiyyə Ərəbistanında sələfilikdir. Dünyanın "vəhhabilik" kimi tanıdığı sələfilik isə hansısa binaya, əşyaya və ya müqəddəsə səcdəni bütpərəstlik sayır.
"Mövlud evi"nin otaqları yer altındadır. 1951-ci ildə bu tikilini qorumaq üçün onun üzərində kitabxana tikilib.
"Bu ev tarixə qarışacaq, yox olacaq. Biz təklif edirik ki, gəlin qazıntılar aparaq, orada olan otaqları qoruyaq", - İrfan Ələvi söyləyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


















DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi





