Vurulan təyyarə ilə bağlı MƏŞUM İDDİA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
MH17 reysi ilə uçan təyyarənin Ukraynanın MiG-29 qırıcı təyyarəsindən buraxılmış raketlə vurulduğu iddia olunur.
Moskvada dərc olunan "Moskovskiy Komsomolets" qəzeti belə iddia ilə çıxış edib.
Milli.Az MK-ya istinadən bildirir ki, "Uçuşların təhlükəsizliyi" konsaltinq-analitik agentliyinin baş direktoru Sergey Melniçenkonun dediyinə görə, Rusiyanın Rostov şəhərindəki Hava Nəqliyyatının İdarəetmə Mərkəzinin lokatorları vasitəsilə əldə olunmuş görüntülərdə Malayziya avialaynerinin solunda mənşəyi naməlum nöqtələr görünür.
"Bu nöqtələr təyyarələrdir. Həmin təyyarələr Rusiyanın deyil. Ukraynanın şərqindəki silahlı birləşəmələrin də təyyarələri yoxdur. Rostovdak mərkəzin lokatorlarının görüntüləri təyyarənin 20 dəqiqə ərzində lokasiya müşayiətinin nəticəsidir. Bənövşəyi rənglə MH17 reysinin onunla əlaqə kəsilənədək hərəkət kursu, mavi xətlərlə başqa sərnişin reysləri göstərilib. Qırmızı ox işarəsi isə lokatorun aşkarladığı bir və ya bir neçə naməlum təyyarədir. Həmin təyyarələrin hərbi təyyarələr olduğunu güman edirik", - S.Melniçenko deyib.
Rusiya Hərbi-Hava Qüvvələrinin Baş Qərargah rəisi İqor Makuşev aylar əvvəl bildirmişdi ki, Malayziyanın sərnişin təyyarəsini Ukraynanın hərbi təyyarəsi vurub. Amma Rusiyanın kütləvi informasiya vasitələrində belə "sübut"lar faciədən 119 gün sonra peyda olub.
Xatırladaq ki, iyulun 17-də "Malaysia Airlines" şirkətinə məxsus, Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində rusiyameylli separatçılar tərəfindən vurulub.
Hadisə zamanı 298 nəfər dünyasını dəyişib.
Bunlardan 15 nəfəri ekipaj üzvü olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.











DİGƏR XƏBƏRLƏR
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





