Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anspress-in məlumatına görə, yerli sakinlər bildiriblər ki, bu insanlar terrorçular tərəfindən qaçırılıblar. Lakin hakimiyyət orqanları məlumatı təsdiq etməyib.
Dövlət atəşkəsin əldə olunduğunu bildirsə də "Boko Haram" xəbəri təsdiqləməyib.
Hökumət isə atəşkəs barədə danışıqlar sayəsində aprel ayında girov götürülmüş 200-dən artıq qızın azad olunacağına ümid edir.
Hökumət həftə ərzində qonşu Çad ərazisində "Boko Haram"la danışıqların davam etdiriləcəyini bildirib.
Bu arada Nigeriyanın şimalındakı Bauçi ştatında bomba hücumu ən azı 5 adamın ölümünə səbəb olub. Avtobus dayanacağında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Adamava ştatından daxil olan xəbərdən əvvəl parlament ordunun texniki bazasını yeniləmək üçün və şimal-şərqdəki üsyançılara qarşı vuruşacaq əlavə birləşmələrin təlimlərinə istənilən 1 milyard dollar dəyərində maliyyə kreditini təsdiqləyib.
Təqribən 6 milyard dollara yaxın olan təhlükəsizlik xərcləri artıq ölkə büdcəsinin dörddə birini təşkil edir.
Borno ştatında məktəbli qızların oğurlanması onları azad etmək tələbilə keçirilən qlobal aksiyalara təkan verib.
"Boko Haram" qrupunun istehkamı sayılan Borno ilə qonşu Adamava və Yobe ştatlarında artıq bir ildən artıqdır ki, fövqəladə vəziyyət elan olunub.
Hücuma məruz qalan - Waga Mangoro və Garta - kəndləri bir neçə həftədir ki, Boko Haram qrupunun nəzarətində olan Madagali və Miçika şəhərləri yaxınlığında yerləşir.
Yerli sakinlərə əsasən, keçən şənbə günü kəndlərə hücum edən üsyançılar qadın və qızları əhatəyə alaraq aparıblar.
Lakin ucqar ərazi ilə əlaqənin çətinləşməsi hücum barədə xəbərin ləngiməsinə səbəb olub.
Ötən həftəsonu yerli sakinlər "Boko Haram" tərəfindən həyata keçirildiyi güman edilən başqa hücumlar barədə də xəbər veriblər.
Fövqəladə vəziyyətin elan olunmasından sonra "Boko Haram" uşaq və qadınlar da daxil olmaqla xeyli adamı girov götürüb. Qrup onlardan bəzilərinin dəyişdirilməsinə razılaşıb.
Ən çox əhalisi olan Afrika ölkəsi Nigeriyada partlayışlar, oğurlamalar, qətllər törətməkdə adı hallanan hərbiləşmiş Boko Haram qrupulaşması qarşısına mövcud höküməti devirib xilafət yaratmaq məqsədini qoyub.
Milli.Az
Boko Haram atəşkəsi qız qaçırmaqla pozdu
24 Oktyabr 2014 12:54
0 Şərh
Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nigeriyanın şimal-şərqindəki Adamava ştatının iki kəndindən onlarla qadın və qız uşağı qaçırılıb."Boko Haram" onlarla qadın və qız uşağını oğurlayıb
Anspress-in məlumatına görə, yerli sakinlər bildiriblər ki, bu insanlar terrorçular tərəfindən qaçırılıblar. Lakin hakimiyyət orqanları məlumatı təsdiq etməyib.
Dövlət atəşkəsin əldə olunduğunu bildirsə də "Boko Haram" xəbəri təsdiqləməyib.
Hökumət isə atəşkəs barədə danışıqlar sayəsində aprel ayında girov götürülmüş 200-dən artıq qızın azad olunacağına ümid edir.
Hökumət həftə ərzində qonşu Çad ərazisində "Boko Haram"la danışıqların davam etdiriləcəyini bildirib.
Bu arada Nigeriyanın şimalındakı Bauçi ştatında bomba hücumu ən azı 5 adamın ölümünə səbəb olub. Avtobus dayanacağında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Adamava ştatından daxil olan xəbərdən əvvəl parlament ordunun texniki bazasını yeniləmək üçün və şimal-şərqdəki üsyançılara qarşı vuruşacaq əlavə birləşmələrin təlimlərinə istənilən 1 milyard dollar dəyərində maliyyə kreditini təsdiqləyib.
Təqribən 6 milyard dollara yaxın olan təhlükəsizlik xərcləri artıq ölkə büdcəsinin dörddə birini təşkil edir.
Borno ştatında məktəbli qızların oğurlanması onları azad etmək tələbilə keçirilən qlobal aksiyalara təkan verib.
"Boko Haram" qrupunun istehkamı sayılan Borno ilə qonşu Adamava və Yobe ştatlarında artıq bir ildən artıqdır ki, fövqəladə vəziyyət elan olunub.
Hücuma məruz qalan - Waga Mangoro və Garta - kəndləri bir neçə həftədir ki, Boko Haram qrupunun nəzarətində olan Madagali və Miçika şəhərləri yaxınlığında yerləşir.
Yerli sakinlərə əsasən, keçən şənbə günü kəndlərə hücum edən üsyançılar qadın və qızları əhatəyə alaraq aparıblar.
Lakin ucqar ərazi ilə əlaqənin çətinləşməsi hücum barədə xəbərin ləngiməsinə səbəb olub.
Ötən həftəsonu yerli sakinlər "Boko Haram" tərəfindən həyata keçirildiyi güman edilən başqa hücumlar barədə də xəbər veriblər.
Fövqəladə vəziyyətin elan olunmasından sonra "Boko Haram" uşaq və qadınlar da daxil olmaqla xeyli adamı girov götürüb. Qrup onlardan bəzilərinin dəyişdirilməsinə razılaşıb.
Ən çox əhalisi olan Afrika ölkəsi Nigeriyada partlayışlar, oğurlamalar, qətllər törətməkdə adı hallanan hərbiləşmiş Boko Haram qrupulaşması qarşısına mövcud höküməti devirib xilafət yaratmaq məqsədini qoyub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi





