Dünya

Çeçenistan konsulunu öldürən şəxs həbs olundu

13 Oktyabr 2014 09:18
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə ötən il Türkiyənin paytaxt Ankarada baş vermişdi

Türkiyədə Çeçenistan Respublikasının bu ölkədəki fəxri konsolu Mədət Ünlünü qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə ötən il paytaxt Ankarada baş vermişdi.

Şübhəli şəxs 8 aydır ki, aparılan əməliyyatlar nəticəsində ələ keçib.

Onunla yanaşı, cinayəti gizlətməkdə şübhəli bilinən digər 6 nəfər də saxlanılıb.

Şübhəli şəxslər Sakarya vilayətində ələ keçiblər. Faktla bağlı istintaq başladılıb.

Polis şübhəliləri saxlayan zaman onların üzərindən çoxlu sayda silah-sursat və texniki vasitələr aşkarlayaraq müsadirə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.