Çeçenistan konsulunu öldürən şəxs həbs olundu
13 Oktyabr 2014 09:18
Hadisə ötən il Türkiyənin paytaxt Ankarada baş vermişdi
Türkiyədə Çeçenistan Respublikasının bu ölkədəki fəxri konsolu
Mədət Ünlü
nü qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub.
Milli.Az-ın
anspress
-ə istinadən məlumatına görə, hadisə ötən il paytaxt Ankarada baş vermişdi.
Şübhəli şəxs 8 aydır ki, aparılan əməliyyatlar nəticəsində ələ keçib.
Onunla yanaşı, cinayəti gizlətməkdə şübhəli bilinən digər 6 nəfər də saxlanılıb.
Şübhəli şəxslər Sakarya vilayətində ələ keçiblər. Faktla bağlı istintaq başladılıb.
Polis şübhəliləri saxlayan zaman onların üzərindən çoxlu sayda silah-sursat və texniki vasitələr aşkarlayaraq müsadirə edib.
Milli.Az