Dünya

Pendirdən kökələn Kim Çen In

19 Sentyabr 2014 10:36
0 Şərh     Baxış: 1 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kim Çen In öz babası kimi görünmək üçün kökəlmək istəyir

Şimali Koreyanın prezidenti Kim Çen In pendir yeməkdən kökəlib.

Anspress-in məlumatına görə, bu barədə The Daily Mirror yazıb.

Qəzetin yazdığına görə, Koreya Xalq Demokratik Respublikasının Prezidenti hələ İsveçrədə təhsil aldığı zaman pendirin "emmental" növünə aludə olub.

Şimali Koreyada bu pendir növü Kim Çen In üçün xüsusi olaraq idxal edilir.

Qəzet yazır ki, "emmental" pendirindən son dərəcə çox yeyən Şimali Koreya lideri son vaxtlar kökəlib.

Köklük isə Kimin sağlamlıq vəziyyətinin pisləşməsinə gətirib çıxarıb. Bəzi məlumatlara görə, Kim Çen In öz babası kimi görünmək üçün kökəlir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.