Dünya

NATO Rusiya sərhədində baza qurur

27 Avqust 2014 11:33
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
NATO Ukrayna böhranı ilə əlaqədar olaraq Şərqi Avropada yeni bazalar qurmağı planlaşdırır.

Anspress-in məlumatına görə, bu barədə alyansın baş katibi Anders Foq Rasmussen bildirib.

Eləcə də NATO katibinin sözlərinə görə, alyansın gələn həftə Kardiffdə keçiriləcək sammitində o, alyans daxilində Rusiya sərhədinə yaxın ərazidə ordunun yerləşdirilməsi üzərində olan anlaşılmazlığı aradan qaldırmağa çalışacaq.

"Biz Avropanın tamamilə yeni təhlükəsizlik vəziyyəti ilə üz-üzə gəldiyi bir vaxtda tez hərəkət etmənin mümkünlüyünün hədəf olduğunu qəbul edirik. Artıq NATO-nun çevik fəaliyyət qüvvələri var. Onlar lazım olduğu təqdirdə ən qısa zamanda istifadə edilə bilər", - deyə baş katib bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.