Amerikanı Yaxın Şərqdə sıxışdıran İran kəşfiyyatçısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran İslam Keşikçiləri Korpusunun komandirlərindən biri Qasım Süleymaniyə Qərb kəşfiyyatçıları Kayzer Soze ləqəbi veriblər. Kayzer Soze məşhur "Şübhəli adamlar" filmindəki mifik qanqster obrazının adıdır. Elə Süleymani bu obraza tam uyğun gəlir. Onun İran İslam Keşikçiləri Korpusunda məsul olduğu şöbə bir növ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin analoqudur. Livan, İraq , Suriya Süleymaninin nəzarətindədir.
Qərb mətbuatı onu Yaxın Şərqin ən nüfuzlu kəşfiyyatçısı hesab edir. Süleymaninin ələ aldığı ərəb siyasətçilərinin, vəzifə adamlarının sayı-hesabı yoxdur. Onun şöbəsi Əl-Qüds adlanır.
MKİ özü də etiraf edir ki, Yaxın Şərqdə məhz Süleymani ABŞ-ın planlarını dəfələrlə pozub, superdövləti pat vəziyyətinə, çətin durumlara salıb.
Qasım Süleymani Xomeyni hakimiyyətə gələrkən İİKK sıralarına ilk qoşulanlardandır. Onun ilk hərbi tapşırığı ölkənin şimal-qərbində üsyan qaldırmış kürdlərin müqavimətini qırmaq oldu. Süleymani işinin öhdəsindən uğurla gəldi. Maraqlıdır ki, üstündən 30 il keçdikdən sonra Süleymani həmin taktikanı Bəşər Əsədə qarşı vuruşan silahlı müxalifətə qarşı tətbiq etdi. Küseyr və Xoms şəhərləri üsyançılardan təmizlənərək yenidən Əsəd qüvvələrinin nəzarətinə keçdi.
Onun İran-İraq müharibəsində düşmənin arxa cəbhəsinə keçərək törətdiyi diversiyalar haqda da əfsanələr gəzir. Bu, əsl müharibə adamıdır. Qərb kəşfiyyatçıları deyir ki, Süleymani fanatikdir. Ancaq dini fanatik deyil, məscidə nadir hallarda gedir. Millətçilik və döyüşçü ruhu isə çox güclüdür. Süleymaninin arzusu bütün Yaxın Şərqi İranın nüfuz dairəsinə salaraq Amerikanın hegemonluğuna son qoymaqdır.
Süleymaninin hər yerdə gizli ordusu və agentura şəbəkəsi var. 2003-cü ildə Amerika tankları Bağdada girdi. Məxfi məlumatlarda deyilir ki, məhv edilən hərbi texnika və tankların 30 faizi məhz Süleymaninin adamları tərəfindən pusquya salınaraq vurulub.
Livanda münaqişələr başlarkən Süleymani Bağdaddakı ABŞ komandanlığına məktub göndərmişdi : "Hələlik, Livanda bir balaca işlərim var. Mən qayıdanadək rahat nəfəs ala bilərsiniz. Sülhdən ləzzət alın".
Elə də olur. Süleymaninin Livandakı işlərinin yekunlaşması ilə Amerika Ordusunun İraqda qara günləri başlayır. Yankilər ard-arda hücumlardan dəhşətə gəlirlər. Onlar artıq Süleymaninin sözlərini ciddi qəbul etməyə başlamışdılar.
Elə 2008-ci ildə də analoji məktubu bölgəyə yeni təyin edilmiş general Devid Petreusa yolladı - Cəlal Təlabaninin vasitəsilə.
Məxfi məlumatlarda deyilir ki, Süleymani olmasaydı, Bəşər Əsəd rejimi çoxdan çökmüşdü. Suriyanın 150 minlik ordusu zəifdir. Süleymani deyir ki, Əsəd ordusunun ən döyüşkən briqadaları Əl-Qüds, şiə və ələvi döyüşçülərdir ki, onları da Tehran Livandan tutmuş Əfqanıstanadək, hər yerdən toplayıb.
Hazırda Süleymaninin Əl-Qüds briqadasının əsas maliyyə mənbələri İraqdan gəlir. Nuri Əl Maliki hökuməti gündəlik 200 min barel neftin satışından əldə edilən pulu Əl-Qüdsün hesablarına köçürür. Bu isə hər gün 20 milyon dollar deməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - “Fənərbağça” matçında ilk qol - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"





