İraq hadisələrinə bir baxış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Doktor Xatəminin bu uzaqgörənliyi özünü çox keçmədən doğrultdu. Bu da "əl-Qaidə" və daha sonra "İşid" kimi terrorist qruplaşmaların həmin ölkədə və eləcə də region ölkələrində fəaliyyəti ilə öz təsdiqini tapdı.
Kimisinin Allah düşmənləri ilə mübarizə, kimisinin qənimət əldə etmək, kimisinin də müzd müqabilində vuruşmaq hədəfləri ilə toplandığı bir hərəkət əslində ABŞ-ın 12 il öncə zorakılıq və təcavüzlə İraqda əkdiyi bərəkətsiz fidanın acı meyvələri sayılır.
Amma eyni halda onların Amerika və qərb dövlətləri üçün Orta şərqdə "faydalı və sözəbaxan qulluqçu" vəzifəsini daşıması da heç bir düşüncə sahibinə gizlin deyil.
Suriyada məğlubiyyətinə əmin olan həmin qruplaşma neçə gün öncə İraqın Mosul şəhərini ələ keçirməklə dünyanın nəzərini özünə cəlb etdi. Amma bu ötəri, həm də xəyanətkarlıq üzərində qurulmuş bir qələbə idi.
Bir çox inanclı insanlar bu hadisədən vəhşətə düşsə də şəxsən mən qorxmadım. Çünki İraq kimi bir ölkədə bu yolla hər şeyi ələ almaq və istənilən müqəddəs məkanın dağıdılması və s. bu kimi cinayətlərin vaxtı artıq bitib. Bu gün İslam dini, Quran və Əhli-beyti sözün həqiqi mənasında müdafiə edə bilən kifayət qədər güclü qüvvələr mövcuddur.
Bu fitnədə qələbə və zəfərin yalnız Allah ordusuna xas olduğuna əminəm. Günahsız insanları vəhşi tərzdə qətlə yetirib, baş kəsən və kəsilmiş başlarla futbol oynayan azğınlaşmış bir dəstənin məğlubiyyəti qaçılmazdır. Onların həqiqətən də dərin bir bataqlığa düşdüyünə inanıram. Dinimizin əsası sayılan Quran və Sünnədə belə vəhşilik və zorakılıqlar üçün heç bir əsas yoxdur.
Buna da əminəm ki, İraq, İran, Suriya və Türkiyə dövlətlərinin birgə səyi nəticəsində bu vəhşilik toxumunun məhv edilməsi qaçılmaz olacaq. Əks təqdirdə onlarla mübarizədən boyun qaçıran və ya pərdə arxası onlara dəstək olan ölkə və ya ölkələrin özü tez bir zamanda terror və təcavüzün əsas hədəfinə çevriləcək.
Din alimlərimiz
Alimlərimiz arasında fiqhi baxışlar, ictihad prinsipləri və ya siyasi mövzularda fikir ayrılığı olsa da onlar dinimiz və etiqadlarımızın təhlükəyə düşdüyü zaman bu kimi ixtilaf və fikir ayrılıqlarını bir kənara qoyaraq yekdil olur və vahid mövqedən çıxış edirlər. Bir neçə gün öncə tanınmış din alimi Seyid Əli Sistani təkfirçi teroristlərlə mübarizə barədə verdiyi cihad hökmü və digər alimlərimiz tərəfindən həmin fətvaya gələn dəstəklər bunun önəmli nümunəsidir.
Bu fətvaya alimlər və şiələrlə yanaşı, sünnü qardaşlarımızın tanınmış alimləri və inanclıları və hətta İraq xristianlarından da dəstək gəldi.
Bu fətva sünni-şiə müharibəsi üçün deyil, əslində inanclı insanların terrorizm, təcavüz və vəhşilik əleyhinə birgə mübarizəsi hədəfini izləyir.
Məncə İraq hakimiyyəti və millətinə əsas nicat verən amil Seyid Sistaninin bu tarixi fətvasıdır. Baxmayaraq ki, İran İslam Respublikasının xüsusi dəstəyi də bu arada diqqətdən kənarda qalmamalıdır.
Bunu nəzərə alaraq din alimləri barədə olduqca ehtiyatlı davranmalıyıq. Hətta, siyasi və fiqhi baxışını qəbul etmədiyimiz bir din aliminin belə hörmətini qorumaq hamımıza vacibdir. Odur ki, elmi mühazirə və tənqid metoduna yeni baxış keçirməmiz zəruridir. Əlbəttə, bu heç də din alimlərinin ilahi peyğəmbər və imam səviyyəsinə çatdırılması anlamında deyil.
İnformasiya əxlaqsızlığı
"İşid" terror qruplaşması ilə bağlı informasiya əxlaqsızlığı hakim olsa da nahaqqı haqq yerinə qoymaq və haqqı məhv edib aradan aparmaq mümkün deyil. Yadınızda olsa Suriya barədə də belə informasiya əxlaqsızlığı (yalan, dezinformasiya və s.) var idi. Bir gün Bəşər Əsədin ölkədən qaçdığı, bir gün yaralandığı və bir gün də qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılır, üsyankar terroristlərin ələ keçirdiyi hər bir kiçik yaşayış məntəqəsi az qala Suriyanın beşdə bir hissəsi kimi işıqlandırılırdı.
İbrətlər...
İraqda bəşəriyyət tarixinin qara səhifələrinə imza atan "İşid" terrorist qruplaşmasının törətdiyi problemdə hamımız üçün örnək və ibrətlər var. Onların bir qismi müsəlman ölkələrinin rəhbərləri, digər bir qismi din alimlərimiz, digər bir qismi isə inanclı insanlara aiddir.
1) Müsəlman ölkələrində iqtidar sahibi olan dövlət rəhbərlərinin hansı təriqətlərin sonda hansı cinayətlərə imza atacağını bəri başdan görüb öz baxışları və yürütdükləri siyasətlərinə yeni baxış keçirməsi zəruridir.
2) Din alimlərinin payına düşən ibrət və öyüd dini olduğu kimi əldə edib olduğu kimi bidət, xurafat və mövhumatdan kənar tərzdə insanlara çatdırmaq, azğınlaşmış düşmənlərin sui-istifadəsinə şərait yarada biləcək hər hansı bir baxış, söz və davranışdan ciddi şəkildə çəkinməsidir.
3) İnanclı insanların payına düşən ibrət və öyüd isə alimlərə hörmətlə yanaşmaq və onların haqq olan sözlərinə itaət etməkdən ibarətdir...
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
XƏBƏR LENTİ
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO





