İnanılmaz: ölmüş anasını cəngəllikdə lüt tapdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Devid Qudun 6 yaşı olanda anası getmiş, bir daha qayıtmamışdı.
Kennet Qud və onun xanımı Yarima ABŞ-ın Nyu-Cersi ştatında yaşayırdılar. Ailədə üç uşaq böyüyürdü.
Kennet xanımı ilə Venesuelada, tələbə-antropoloq qismində bu ölkəyə yollanaraq cəngəllikdəki yanomami qəbiləsinin yaşamını araşdıranda tanış olmuşdu.
Yanomamilərin meşədəki kəndində yaşayan gənc Yarimaya vurulan Kennet onu özü ilə Birləşmiş Ştatlara aparmış və orada evlənmişdi.
Bu izdivacda 3 uşaq doğulmuşdu.
Fəqət, günlərin birində Yarima vətəninə, Venesuelaya qayıtmaq, valideynlərinə baş çəkmək istədiyini dedi.
Və bir daha geri dönmədi.
6 yaşlı Devid o vaxtdan bəri anasız qalmışdı. "Anam haradadır?" sualına isə atası Kennet "anan ölüb" deyirdi.
Devid də buna inanırdı.
Ta ki, Təbiət Tarixi Muzeyində keçirilən sərgidə Venesuelada yaşayan və ibtidai icma quruluşu dövründən qalmış qəbilələrlə bağlı fotosərgini görənədək.
Sərgidəki fotolardan birində yanomami qəbiləsinin adamları vardı.
Milli.Az New York Post-a istinadən bildirir ki, Yarima da o adamların arasındaydı.
Yalnız belində saman "yubka" olan, burun və qulaqlarına sümük keçirilmiş cəngəllik adamı Yarima...
"Fotonu görəndə şoka düşdüm və anladım ki, anam ölməyib. Amma dostlarıma, qohumlarıma bunu söyləyə bilmədim. Üstəlik, insanların məni metis kimi tanımalarını, anamın cəngəllikdə lüt yaşayıb mağara adamı həyatı sürməsini bilmələrini istəmədim. Anam bizi atıb getmişdi. Onunla görüşmək də istəmirdim. Hamının onu bundan sonra da ölmüş bilməsini istəyirdim", - Devid deyib.
Antropologiya professoru Kennet Qud danışır: "Tələbə vaxtı tanış olduğum Yarima ilə 12 il yaşadım. Onu Amerikaya gətirəndə sanki meşədən çıxmış canlı idi. Yanomamilərdə say sistemi belə yoxdur. O insanlar yalnız "bir", "iki" və "çox" bilirdilər. Yarima da təzə gələndə hər şeydən qorxurdu, avtomobilləri dəhşətli yırtıcı heyvan sayırdı. Daha sonra Yarima filmlərə vuruldu. "Rokki 5" filminə dalbadal 7 dəfə baxmışdı. İllər keçir və hiss edirdim ki, arvadım əvvəlki həyatı üçün çox darıxır. Dediyinə görə, məndən savayı heç kimlə ünsiyyət qura bilmir".
1991-ci ildə "National Geographic"in sifarişi əsasında Venesuelaya yollanan Kennet Qud arvadı Yarimanı, övladları David, Vanessa və Denieli də özü ilə aparır.
Çəkilişlər bitir, ailə ABŞ-a qayıdır. Az sonra isə Yarima "valideynlərimi görmək istəyirəm" deyir və əri də onu Venesuelaya yollayır.
Bu gedişdən sonra Yarima geriyə, ailəsinə, ərinin və övladlarının yanına qayıtmır, cəngəllikdə, yanomami qəbiləsində yaşamını davam etdirir.
Devid Qud deyir ki, illər sonra Venesuelada, cəngəllikdə anasını görən kimi onu tanıyıb. "Anama yaxınlaşdım. Onu qucaqlamadım, öpmədim. Yalnız "ana, artıq evdəyəm" dedim. 6 yaşım olanda itirdiyim anamı 21 il sonra tapdım", - Devid söyləyib.
Devid anasının doğma kəndi olan İrokay Teridə bir ay yaşayıb, sonra ABŞ-a qayıdıb.
"Anamın yanında qalmaq, cəngəllikdə yaşamaq istəyirəm. Soxulcan, qurd, termit, meymun, ilan yemək ilk-əvvəl mənə mümkünsüz təsir bağışlasa da, artıq öyrəşmişəm", - Devid söyləyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var





