Dünya

Avropalı polislər avtomobilləri məsafədən saxlaya biləcəklər

30 Yanvar 2014 17:59
0 Şərh     Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqında polisə istənilən avtomobili məsafədən saxlamağa imkan verəcək xüsusi qurğunun yaradılması üzrə işlərə başlanılıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, aparat benzinin ötürülməsinin qarşısını alacaq və maşının işə düşməsini dayandıracaq.

Məlumata əsasən, qurğunun yaradılmasının 2020-ci ilədək başa çatacağı gözlənilir.

Avropa ölkələri aparatları bilərəkdən bütün yeni avtomobillərdə quraşdırmağı planlaşdırır.

Yeni nəzarət sistemi hüquq mühafizə orqanlarının yoldakı avtoxuliqanlarla, polisə atəş açmaq istəyən cinayətkarlarla mübarizədə işini xeyli asanlaşdıracaq.

Bəzi ekspertlərin qənaətincə, avtomobillərə yerləşdirilən belə qurğular texniki nasazlıq səbəbindən işini dayandırsa, bu, yoldakı digər avtomobillər üçün təhlükə törədə bilər.

Qeyd edək ki, hazırda Avropadakı böyük yük avtomobillərində xüsusi aparatlar quraşdırılır. Həmin qurğu yük maşınının sürətini saatda 90 kilometrdən artıq yığmağa imkan vermir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.