Moskvada tutulan Orxan Zeynalovdan xəbər var: "Onun taleyi..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Orxanın taleyi ilə bağlı məsələ aprel ayının 10-da bəlli olacaq".Atası Zahid Zeynalov: "Oğlumla əlaqə saxlamağa icazə vermirlər"
Bunu Modern.az saytına Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun atası, Azərbaycanın Şəmkir rayonunun Seyfəli kənd sakini Zahid Zeynalov bildirib. Atası onu da deyib ki, hazırda həbsdə olan oğlunun işi ilə heç maraqlanmır.
"Heç nə ilə maraqlanmıram. Əlaqə də saxlamıram. Dövlət sağ olsun məşğul olur. Səhhəti, saxlanma şəraiti ilə bağlı da məlumatım yoxdur".
Moskvaya getməyinə ehtiyac olmadığını deyən Zahid Zeynalov dövlətin vəkil tutduğunu bildirib.
"Mənlik heç bir iş yoxdur. Özləri məşğul olur. Dövlətə inanıram. Mənə əlaqə saxlamağa icazə vermirlər. Orxanın taleyi aprel ayının 10-da məlum olacaq. Həmin vaxt məhkəmənin olub-olmayacağı da dəqiq deyil. Nədənsə uzadırlar. Deyirlər ki, araşdırma aparılır. Amma bu həbs əsassızdır", - deyə Zahid Zeynalov bildirib.
Qeyd edək ki, Orxan Zeynalov ötən il oktyabr ayında Moskvadakı Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir. Bu, Orxan Zeynalovun ilk həbsi deyil. Rus mətbuatının yazdığına görə, soydaşımız 2011-ci ildə idarə etdiyi maşınla qəza törədib. İki nəfərin xəsarət alması ilə nəticələnən qəzaya görə Orxan Zeynalov Moskvanın Naqatinsk məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum olunub. Kaluqa vilayətindəki həbsxanalardan birində cəza çəkən Zeynalov bu müddət ərzində daxili qaydaları pozduğuna görə həbsxana rəhbərliyi tərəfindən 16 dəfə xəbərdarlıq alıb. Qəzadan bir neçə ay əvvəl maşını sənədsiz idarə etdiyinə görə azərbaycanlı 10 sutka həbs cəzası alıbmış. Onu sürücülük hüququndan da məhrum ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





