Dünya

Kiyevdə Daxili Qoşunların kapitanı etiraz aksiyasından sonra vəfat etdi

30 Yanvar 2014 16:11
0 Şərh     Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların 30 yaşlı kapitanı Dmitri Donets Kiyevdə etiraz aksiyasından sonra ürək çatışmazlığından vəfat edib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti DİN-ə istinadən xəbər verir.

Nazirliyin saytında dərc edilmiş bəyanatda deyilir: "Bu, Dmitrinin ictimai asayişin mühafizəsi üzrə xidmət apardığı Qruşevskidəki qarşıdurmalarda gündəlik gərginliyin nəticəsidir".

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İğtişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.