Dünya

Volqoqradda terror aktlarını törətmiş şəxslərin kimliyi müəyyən olundu

30 Yanvar 2014 15:20
0 Şərh     Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya hüquq-mühafizə orqanları Volqoqradda vağzalda və trolleybusda terror aktlarını törətmiş şəxslərin kimliyini müəyyənləşdirib

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərinə görə, bu barədə Rusiya Federasiyasının terror əleyhinə Milli Komitəsinin məlumatında bildirilir.

Məlum olub ki, 2013-cü ilin 29-30 dekabr tarixlərində Volqoqradda terror aktlarını Əsgər Səmədov və Süleyman Maqomedov adlı şəxslər törədib. Hər iki şəxsin Buynak terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.

Xatırladaq ki, terrorçu-kamikadzelərin Volqoqradda törətdiyi partlayışlar nəticəsində 30-dan çox adam ölüb, 100 nəfər yaralanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.