Dünya

Ermənistan parlamenti seçkidə öldürülənləri müzakirə edəcək

30 Yanvar 2014 12:55
0 Şərh     Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 23-də "Erməni Milli Konqresi" (EMK) fraksiyası parlamentə 1 mart hadisələri üzrə komissiyanın (2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarlarının dinc aksiyasının dağıdılması, yüzlərlə müxalifətçinin həbsi, on nəfərin ölümü) yaradılması ilə bağlı yenidən qanun layihəsi təqdim edib.

Qanun layihəsinə EMK-dən olan yeddi deputatın hər biri imza atıb.

Trend-in məlumatına görə, bu barədə Epress.am saytı "Aykakan jamanak" qəzetinə istinadən xəbər yayıb.

Qanun layihəsi "Baş prokurorluq, polis və Xüsusi istintaq xidməti tərəfindən on insanın qətli, mülki şəxslərə, polis əməkdaşlarına və hərbi qulluqçularına güllə yaraları və başqa bədən xəsarətləri yetirilməsi ilə bağlı görülən tədbirlərin və hərəkətlərin əsaslılığı və qanuniliyi məsələsini araşdıran müvəqqəti parlament komissiyasının yaradılması haqqında" adlanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.