Dünya

Maydanda itkin düşən azərbaycanlı

30 Yanvar 2014 12:05
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yusif Mirişov Avromaydanı tərk edərək evinə gedibmiş

Ukraynada Avromaydanda Azərbaycan vətəndaşı Mirişov Yusifin itkin düşməsi haqda məlumat yayılıb.

Milli.Az-ın Anspress-ə istinadən məlumatına görə, həmin şəxsin Avromaydandakı aksiyalarda müxalifət tərəfdarları kimi iştirak etdiyi bildirilir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov isə açıqlamasında bildirib ki, bu barədə onlara 5 gün öncə xəbər daxil olub.

Diasporun əməkdaşları məsələni araşdırmaq üçün Yusif Mirişovun artıq bir aydır birlikdə Avromeydanda çıxış edən dostları ilə görüşüblər. Onlar bildiriblər ki, əvvəlcə Yusif Mirişovun itkin düşməsi deyilsə də daha sonra məlum olub ki, o, heç kimə demədən öz istəyi ilə meydanı tərk edərək Kiyevdəki evinə gedib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.