Dünya

Gürcüstanda həyat yenidən dayandı

30 Yanvar 2014 12:15
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güclü qar yağması və yolların buz bağlaması ilə əlaqədar Gürcüstanda Rusiya istiqamətindəki magistrallarda, Mtsxeta-Stepansiminda-Larsi avtomagistralının Mleta-Larsi hissəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.

Həmçinin Magistralın Mleta-Quduari və Kobi-Larsi hissələrində qoşqu və yarımqoşquların, eləcə də 30-dan artıq sərnişin üçün nəzərdə tutulmuş avtobusların hərəkətinə xüsusi zəncirlərin olduğu halda icazə verilir. Nəqliyyat vasitələrinin yerdə qalan bütün növlərinin hərəkəti sərbəstdir.

Qudauri-Kobi hissəsində hərəkətə xüsusi zəncirlərdən istifadə etməklə icazə verilir. İki və daha artıq oxu aparıcı olan maşınlar üçün hərəkət məhdudlaşdırılmayıb. Magistralın Qudauri-Kobi hissəsində hərəkət qar uçqunundan mühafizə tunelindən həyata keçirilir.

Bu yollarda hərəkəti yol patrulu tənzimləyir. Digər magistrallarda nəqliyyatın hərəkətinə məhdudiyyət yoxdur.

Sinoptiklər yaxın vaxtlarda hava şəraitinin kəskin pisləşəcəyini və mənfi 10-15 dərəcə şaxta olacağını proqnozlaşdırırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.