Dünya

Ukrayna müxalifətindən parlamentin əfv qərarına kəskin münasibət

30 Yanvar 2014 13:35
0 Şərh     Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vitali Kliçko: "Hökumət bizdən dövlət binalarının boşaldılmasını və Qruşevskaya küçəsində blokadanın qaldırılmasını istəyir"

Ukrayna müxalifəti parlamentin çıxardığı əfv qərarına kəskin münasibət bildirib.

Anspress-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, UDAR partiyasının lideri Vitali Kliçko qeyd edib ki, qərar, əksinə, vəziyyəti daha da çətinləşdirəcək və millətin qəzəbini artıracaq.

"Hökumət bizdən dövlət binalarının boşaldılmasını və Qruşevskaya küçəsində blokadanın qaldırılmasını istəyir", - deyə Vitali Kliçko vurğulayıb.

Atayurdu partiyasının lideri Arseni Yatsenyuk da, həmçinin, qərarı bəyənmədiyini, saxlanılanların qeyri-şərtsiz azadlığa buraxılmalı olduğunu bildirib.

"Digər vacib məsələ isə, konstitusiyaya dəyişiklik edilərək ölkənin parlamentar idarəetmə sisteminə keçməsidir, ki biz təkcə buna nail olmaqla ölkədə balanslaşdırılmış idarəetmə sistemi yarada və bununla da fəalları razı sala bilərik, əks halda isə, zorakılıqlar davam edəcək", - deyə Arseni Yatsenyuk qeyd edib.

Parlamentdə keçirilən səsvermədə qanunvericilər qarşıdurmalar zamanı saxlanılan fəalların azadlığa buraxılması üçün hökumətin əfv fərmanı imzalanmasına qərar veriblər. Lakin qərar hazırda hökumət binalarını zəbt etmiş aksiyaçılar binaları tərk edəcəyi təqdirdə icra olunacaq.

Etirazçılar isə soyuq havalara baxmayaraq, meydan və küçələri hələ də tərk etməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.