Dünya

Qəzzafinin Sarkozi haqqında dedikləri üzə çıxdı

30 Yanvar 2014 12:19
1 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Liviyanın keçmiş lideri Müəmmar Qəzzafi 2007-ci ildə Fransa prezidenti Nikolya Sarkozinin seçki kampaniyasını maliyyələşdirib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Qəzzafi 2011-ci ildə verdiyi müsahibəsində deyib. Bu barədə Frans Presse agentliyi məlumat yayıb.

Sarkozinin seçki kampaniyasını maliyyələşdirmək onun siyasi strategiyasının bir hissəsi olub.

"Sarkozi əqli cəhətdən geridə qalıb... Mənim sayəmdə o prezident oldu. Onun qələbə qazanması üçün biz vəsait ayırmışdıq", - Qəzzafi Delfin Minuy adlı jurnalistə deyib.

Müsahibə 2011-ci ilin 16 mart tarixində, Fransa Liviya müxalifətini rəsmən tanıdıqdan sonra olub.

Qeyd edək ki, Sarkozi Liviya diktatoruna qarşı yönəlmiş NATO kampaniyasının rəhbəri olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.