Dünya

Məşhur müğənninin qırxı çıxmamış, miras davası çıxdı

14 Yanvar 2014 09:50
2 Şərh     Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Varislər Zeytinburnundakı yanacaqdoldurma məntəqəsini 10 milyon dollara satışa çıxarıblar

20 gün əvvəl həyata vida edən türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırxı çıxmadan bölüşdürülməyə başlanıb.

Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, türk sənət musiqisinin ulduzu Adnan Şensesin həyat yoldaşı Lalə xanım ilə ilk həyat yoldaşı Meral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lalə xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaqdoldurma məntəqəsini 10 milyon dollara satışa çıxarıblar.

Qeyd edək ki, Şensesin mülkiyyətinə Zeytinburnundakı yanacaqdoldurma məntəqəsindən başqa, İstanbulun Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bodrum Gümüşlükdə bir ferma, iki "Volkswagen" avtomobili və iki tanker daxildir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.