İyulun 13-də isə 6 qadın andlıdan ibarət məhkəmə C.Zimmermanı günahsız sayaraq ona tam bəraət verib.
Floridadakı məhkəmənin hökmü ABŞ-da çox ciddi və genişmiqyaslı etiraz aksiyalarına səbəb olub.
Milli.Az Mail Online-a istinadən bildirir ki, "Treyvon Martin üçün ədalət!", "Günahkardır!" qışqıran on minlərlə insan dünən Nyu-Yorkdakı Tayms-Skver meydanını tutmuş, ətraf küçələrə doluşmuşdular.
San-Fransisko, Boston və başqa şəhərlərdə də analoji etiraz aksiyaları keçirilir.
ABŞ prezidenti Barak Obama vətəndaşları sakitləşməyə çağırıb.
"Biz qanuna riayət edən millətik və andlılar sözlərini dedilər. Hər amerikalını oğlunu itirmiş iki valideynin çağırışına qulaq asmağa çağırıram. Güllələnmiş gəncin xatirəsini yad etməyin ən yaxşı yolu belə faciələrin gələcəkdə təkrarlanmasının qarşısının alınmasıdır", - B.Obama deyib.
Etiraz aksiyaları keçirənlər Kaliforniya ştatındakı Oklend şəhərində polis maşınını dağıdıblar. Kaliforniyada dükanların vitrinləri və ofislərin pəncərə şüşələri sıdırılıb.
Prokurorluq bildirib ki, əslən Latın Amerikasından olan M.Zimmerman qaradərili gənci öz şəxsi tapançasından atəş açaraq güllələyib. Treyvon Martinin ailə üzvləri və qohumları deyirlər ki, polis zabiti gənci söyüb, təhqir edib.
Zimmerman isə ifadəsində bildirib, özünü müdafiə edib: "Martin mənə hücum etdi və bir neçə dəfə başımı asfalta vurdu".
Etiraz aksiyalarına əsas səbəblərdən biri də Los-Anceles şəhər polisinin əməkdaşı Martin Zimmermana bəraət verən 6 andlının 5-nin ağdərili qadın, birinin isə əslən Latın Amerikalı mənşəli xanım olmasıdır.
Florida şəhərinin Senford qəsəbəsinin sakini, 29 yaşlı Martin Zimmermanın 2012-ci ilin fevralın 26-da törətdiyi əməli ilə bağlı etiraz aksiyaları bu gün səhər də davam edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Mail Online