Dünya

3 türk polis işdən çıxarılıb

17 İyun 2013 19:24
0 Şərh     Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Türkiyənin daxili işlər naziri Müammər Gülər etiraz aksiyalarıyla bağlı yeni açıqlama verib.

Milli.Az TRT-yə istinadən bildirir ki, nazir qanunda göstərilməyən yerlərdə mitinq keçirilməsinə icazə verilməyəcəyini söyləyib.

KESK və DİSK kimi həmkarlar ittifaqlarının tətil qərarlarını da dəyərləndirən Gülər bunları söyləyib: "5 həmkarlar ittifaqı təşkilatınım hüquqi bir aksiyası yoxdur ki. Hansı hüquqi aksiyalarına icazə verəcəyik? Əsas yolları, sahələri bağlayaraq həyatı iflic edəcək şəkildə hər gün toplantı və yürüş haqqı harada görülüb? Belə bir şey ola bilərmi? "Mən hər gün gəlib sabahdan axşama qədər Qızılayın ortasında mitinq keçirəcəm". Belə bir şey ola bilərmi?" Müammər Gülər məmur və qulluqçulardan qanunsuz aksiyalarda iştirak etməmələrini istəyib.

Daxili işlər naziri eyni zamanda sosial mediada provokasiyalara əl atanlarla bağlı hüquqi addımlar atılacağını söyləyib.

Aksiyalar zamanı zorakılığa əl atan polislərlə bağlı tədbir görüldüyünü bildirən Gülər İstanbulda 2, İzmirdə isə 1 polisin vəzifəsindən uzaqlaşdırıldığını deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.